“Münaqişədən sonrakı dövrdə bu cür təbliğat təəssüf doğurur və təhlükəlidir”-XİN RƏSMİSİ

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Xarici İşlər Nazirliyinin 1990-cı ildə Bakıda və Sumqayıtda ermənilərə qarşı guya “qırğınlar”ın törədilməsi barədə iddialarına münasibət bildirib.

Etikxeber.az-ın məlumatına görə, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Tvitter” paylaşımında yazıb ki, Ermənistan XİN yenidən 1990-cı ildə uydurma qırğınlardan danışır.

L. Abdullayeva qeyd edib ki, ermənilərin qurban getdiyi barədə rəvayətlər erməni millətçiliyinin ideoloji əsası olub və Azərbaycana qarşı ərazi iddialarına gətirib çıxarıb:

“Münaqişədən sonrakı dövrdə bu cür təbliğat təəssüf doğurur və təhlükəlidir”.

Etikxeber.az

Read Previous

Bakıya sulu qar, rayonlara qar yağacaq-SABAH

Read Next

Daha 808 yeni yoluxma-DAHA 11 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir