Münaqişələri həll etməli və bu təhlükələri açıq-aydın görməliyik – VİTSE-SPİKER

Azərbaycan Dövlət Neft Şirkəti və xarici şirkətlər arasında imzalanan müqavilələr Milli Məclisdə qanun səviyyəsində qəbul edildi. 

Etikxeber.az xəbər verir ki, bunu bu gün Bakıda -Milli Məclisdə (MM)  keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında iqtisadi əməkdaşlıq və enerji məsələləri mövzusunda çıxış edən vitse-spiker Valeh Ələsgərov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın xarici sərmayələr cəlb etməsinin əsasında atılan mövcud addımlar durur.

O, deyib ki, Azərbaycan birinci müqaviləni – “Əsrin müqaviləsi”ni imzalayan zaman neft və qazın xarici bazarlara çıxarılması üçün kəmərlər yox idi.

valeh-aleskerov

Vitse-spikerin dediyinə görə, artıq bu sahədə imzalanan sənədlər də qanun qüvvəsindədir:

“Nəticədə Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkilib. Bu gün isə Cənub Qaz Dəhlizi layihəsi həyata keçirilir. Bir məqamı da qeyd edim. Mənim rəhbərlik etdiyim İşçi Qrup Ələt limanı yaxınlığındakı Ələt Azad İqtisadi  Zonası ilə bağlı bir qanun layihəsi hazırlayıb. Bu qanun layihəsi Milli Məclisdə iki oxunuşdan keçib, mayın 18-də isə üçüncü oxunuşdan keçəcək. Azad İqtisadi Zonası bu qanun əsasında fəaliyyət göstərəcək. Bu zonada arbitraj qurumları fəaliyyət göstrəcək və bu arbitraj qurumlarında qəbul edilən qərarlar təkrar Azərbaycan məhkəmələrində müzakirə oluna bilməz. Bu qərar həmin azad zonanın səlahiyyətli orqanı tərəfindən icra olunmalıdır”. 

V. Ələsgərov sonra qeyd edib ki, Gürcüstanda Bakı-Supsa kəmərindən 1,5 km kənarda Cənubi Osetiya adlanan ərazidə yuridiksiyası məlum olmayan silahlı birləşmələr yerldəşib:

“Ermənistanda da dövrü olaraq Bakı-Tbilisi-Ceyhan nqeft kəmərini partlada biləcəkləri barədə bəyanatlar səslənir. Dağlıq Qarabağ, Cənubi Osetyia, Abxaziya problemi  və digər problemləri əslində ölkələrin müstəqil iqtisadi inkişafının qarşısını almaq məqsədilə  yaradılıb. Bu, sərmayəçilər üçün böyük risklərdir. Biz bu münaqişələri həll etməli və bu təhlükələri açıq-aydın görməliyik”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Həbsxanalarda işgəncə verilməsi məsələsi mübahisə yaratdı…

Read Next

Şuşasız 26 il…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir