“Münaqişənin həlli istiqamətində bütün təşəbbüslər dəyərləndirilməlidir” – SONA ƏLİYEVA

Azərbaycan tərəfi hər zaman birmənalı olaraq beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipindən çıxış edərək münaqişənin həllində maraqlıdır. İstənilən halda Ermənistan-Azərbaycan  münaqişəsi ilə bağlı danışıqlarda olan irəliləyiş, sülhə təşəbbüs müsbət hal kimi dəyərələndirilməlidir.

Etikxeber.az  xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında deputat  Sona Əliyeva deyib.

S.Əliyeva mətbuata açıqlamasında bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Vyana və Moskva görüşləri əhəmiyyətlidir.

Onun sözlərinə görə, problemin həlli istiqamətində xalq diplomatiyasından istifadə olunması da faydalı ola bilər:

D4LmvWBW0AAH7F9

“Dəfələrlə bu məsələ gündəmə gəlib, Azərbaycan tərəfi konstruktiv mövqe sərgiləsə də qarşı tərəf buna adekvat cavab verməyib. Dünyada xalq diplomatiyasından istifadə təcrübəsi var. Hər iki icmanın görüşməsində fayda var. Münaqişənin həlli istiqamətində icmaların da yanaşma tərzinin və Ermənistan ictimaiyyətinin fikrinin öyrənilməsi Azərbaycanın bu iqtiqamətdə gələcəkdə atacağı addımlara da dair təsirini göstərməsi mümkündür. Münaqişə öz həllini tapacağı təqdirdə Azərbaycan erməni icmasının Azərbaycan torpaqlarında yaşamasına etiraz etmir və hazırda Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir. Bu gün Azərbaycan da 30 000 erməni yaşayır və onlara cəmiyyət və dövlət tərəfindən hər hansı bir ayrıseçkilik, təyziqlər edimir. Dünyada tarix boyu baş verən bütün münaqişələr kimi bu münaqişə də əvvəl- axır bitəcək.  Odur ki, münaqişənin həlli istiqamətində bütün təşəbbüslər dəyərləndirilməlidir. Həm də, bu dəfə tərəflər razılaşmaların kağız üzərində qalmamasında maraqlıdırlar. Buna görə də, Ermənistan cəmiyyəti xalq diplomatiyasından istifadə məsələsinə maraq göstərərsə müəyyən irəliləyişlərin olmasına ümid etmək mümkündür”.

Etikxeber.az

Read Previous

Yüksək dövlət vəzifələri bundan sonra belə yazılacaq – QƏRAR

Read Next

“Əsas islahat insanların şüurlarında getməlidir…” – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir