“Münaqişənin hansı yolla həll ediləcəyini tarix göstərəcək…” – TAHİR MİRKİŞİLİ

Qarabağın Azərbaycana aid olmaması ilə bağlı heç bir beynəlxalq sənəd yoxdur. Bunu ermənilər çox yaxşı bilir. Belə bir sənəd yoxdur ki, orada yazılsın ki, Qarabağ Azərbaycanın deyil…

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda keçirilən iclasında deputat Tahir Mirkişili deyib.

“Ermənilər əsas diqqəti Qarabağın ərazi kimi deyil, ermənilərin, orada olan insanların məsələsini qaldırırlar. Bu, beynəlxalq diplomatiyada yeni yanaşmadır. İnsanların taleyi ərazi bütövlüyündən irəli keçməyə başlayıb. Sonuncu Suriya əməliyyatına fikir versəniz, heç bir ərazi bütövlüyündən söhbət getmir, daha çox insanların taleyi, təhlükəsizliyi əsas götürülür.

Bu mərhələdə hökmən Qarabağ dəyərlərini irəli sürməliyik. Qarabağla bağlı təbliğat işlərinin aparılması üçün fond yaradılması təklifini dəstəkləyirəm. Hər birimiz ildə bir manat fonda versək, 10 milyon manat vəsait edir. Hər addımda Qarabağın Azərbaycana aid olmasını önə çəkməliyik.

Münaqişənin hansı yolla həll ediləcəyini tarix göstərəcək. “Hamı bilir ki, münaqişənin həlli tək Azərbaycandan asılı deyil, amma münaqişənin həll olunmamasında günahkar Azərbaycan deyil. Bu məsələ hansı mərhələdə, hansı vasitə ilə həll olunacaqsa, biz ona hazır olmalıyıq” – deyə, deputat qeyd edib.

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Mənasız bəyanatları onsuz da Elmar Məmmədyarov verir…” – AQİL ABBAS

Read Next

Ziyad Səmədzadə:VASİM MÜƏLLİM MİLLİ SƏRVƏTİMİZDİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir