Münaqişə tərəfi məhz Ermənistandır- XİN-dən NÖVBƏTİ AÇIQLAMA

Ermənistanda keçirilən “Şant-2018” hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi ssenarisi ilə bağlı Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev daha bir açıqlama ilə çıxış edib.

Etikxeber.az xəbər verir ki, H. Hacıyevin bildirdiyinə görə, sözügedən hərbi təlimlər çərçivəsində Azərbaycana müharibə elan edən Ermənistan tərəfi bir daha o faktı da sübut edir ki, münaqişə tərəfi məhz Ermənistandır.

hikmat-oxu-2

“Bir daha hesab edirik ki, Ermənistanda keçirilən “Şant-2018” hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi Ermənistanın işğalçı və təcavüzkar dövlət olmasının növbəti təsdiqi və etirafıdır. Bu, eyni zamanda, Ermənistanın yeni siyasi-hərbi rəhbərliyinin malik olduğu arxaik və feodal düşüncənin göstəricisidir. Dünənki bəyanatda da vurğulandığı kimi, Ermənistanın yeni hakimiyyəti, Nikol Paşinyan hökuməti Sarqsyan rejiminin hərbi diktatura siyasətini davam etdirir, regionu, bu bölgəni yeni hərbi avantüralarla və təhlükələrlə üzbəüz qoyur.Bununla da Ermənistan rəhbərliyi ziddiyyətli və biri digərini təkzib edən fəaliyyətini davam etdirir və özü-özünü inkar edir”-deyə, XİN rəsmisi daha sonra vurğulayıb.

Etikxeber.az

Read Previous

“Mançester Siti” rekord məbləğdə gəlir əldə etdi – 505,5 milyon funt-sterlinq

Read Next

Ordumuz Ermənistan hərbi qruplaşmalarının darmadağın edilməsi tapşırıqlarını yerinə yetirəcək – ƏMR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir