“Müraciət etdiyimiz yerlərdən heç biri şəhərin tam mərkəzi deyil…” – ARİF HACILI

Fevralın 29-da Mərkəzi Seçki Komissiyası (MSK) binasının qarşısı da daxil olmaqla 9 müxtəlif yerdən birində mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etmişik. Müraciət etdiyimiz yerlərdən heç biri şəhərin tam mərkəzi deyil. Əksəriyyəti əvvəllər də aksiyaların keçirildiyi və ya seçki kampaniyası dövründə seçicilərlə görüşlər üçün ayrılmış yerlərdir.

Etikxeber.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı mətbuata açıqlamasında deyib.

“Əslində kompromis təklif verilib. Hakimiyyətin bu yerlərdən birində mitinqin keçirilməsinə şərait yaratmaması üçün heç bir əsas, bəhanə ola bilməz…Seçki prosesi başa çatmayıb…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Çempionlar Liqası və Avropa Liqası dayandırıla bilər” – MİŞEL UVA

Read Next

“Xocalı soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcək” – MEHRİBAN ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir