İncitməyin, uzaq durun!-KAMİL HƏMZƏOĞLU YAZIR

Bir Şəhid Anası, bir Şəhid Atası, bir Şəhid Xanımı və ya bir Qazi…səhv edəndə, xətaya yol verəndə…marıqda, pusquda dayanıb Şəhid Ailələrini, Qaziləri…aşağılamaq, onlara hörmətsizlik etmək …üçün fürsət gözləyənlərə sanki meydan açılır…

Ağıllarına və ağızlarına gələnləri, olanları-olmazları danışırlar…

Mən də 5 ilə yaxındır demək olar ki, hər gün Şəhid və Qazi ocaqlarında olan bir insan, bir ziyalı, bir jurnalist kimi…yeri gələndə içim sızlaya-sızlaya, göynəyə-göynəyə…ürək ağrısı ilə tənqid fikirlərimi, istəklərimi, xahişlərimi yazıram, dilə gətirirəm…

Şəhid Ailələri və Qazilərlə görüşlərimdə, söhbətlərimdə dostyana, ərkyana deyirəm…Heç kimi də incitmədən, aşağılamadan…

Yəni, istəmirəm ki, Baş Tacımız olan Şəhid Ailələri, Qazilərimiz onları qınaq, ittiham hədəfinə çıxaracaq səhvə, xətaya yol versinlər…

Amma hamı eyni cür ola bilməz…

Hərənin öz baxışı, öz düşüncəsi, öz yanaşması, öz ailə tərzi…var…

Bununla belə, yenə də ehtiyatlı olmalıdırlar…

Çünki hamının gözü onlardadır, diqqət mərkəzindədirlər!

Amma elə adamlar, elə “həmkarlar”…ağızlarına gələnləri deyirlər ki, nə özləri, nə də nəsillərindən kimsə müharibədə iştirak edib, kimsə Qazi və ya Şəhid olub, kimsə bir Şəhid və ya Qazi qapısını açıb…

Qaçıb gizləniblər qorxularından…Mərhəmət, şəfqət duyğularından…uzaq olublar…

Bax…elə dərd də budur… Belələri meydan sulayırlar…

Ayıblarına kor olmaqdansa, sanki düşmən millətlə eyni səfdə dayanırlar, nifrət, böhtan, hədyan püskürülər…

Nə oldu…bəs deyirdiniz ki, Şəhidlər, Qazilər, Şəhid və Qazi Ailələri bizim Baş Tacımızdırlar?

Bəs deyirdiniz ki, onlara borcumuz ödənməz?

Bəs deyirdiniz ki, Şəhidlər, Qazilər tək Sizin deyil, bizim də balalarımızdır?

Bəs deyirdiniz ki, Şəhidlər evdən deyil, eldən gedib?

Bəs nə oldu???…

Ayıbdır!!! Ayıbınıza kor olun!!!

Şəhid ruhlarını incitməyin!!!

Yaralı, kövrək Qazi qəlblərini yenidən yaralamayın!!!

Dərdli, Yaralı…Şəhid və Qazi Ailələrindən uzaq olun!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az saytının rəhbəri

Read Previous

Kinematoqrafiya istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək-SƏRƏNCAM

Read Next

“Heç ağlıma gəlməzdi ki, haçansa kitab yazaram…Amma bəzən elə hisslər olur ki, səni yazmağa, düşündüklərini qələmə almağa vadar edir…Cavidlə bağlı kitabım da məhz bu hisslər, bu düşüncələr altında qələmə alınıb, ərsəyə gəlib…”-BU SÖZLƏRİ 32 YAŞI TAMAM OLAN ŞƏHİD CAVİD SƏFƏRLİNİN ANASI XATİRƏ SƏFƏROVA ÖVLADINA HƏSR ETDİYİ “ŞƏHİD CAVİDİMİN QƏHRƏMANLIQ DASTANI” KİTABININ TƏQDİMATINDA DİLƏ GƏTİRDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir