Murad Məmmədov yeni təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Murad Məmmədov yeni təyinat alıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından Etikxeber.az-a verilən məlumata görə, o, futzal üzrə UEFA Kubokunun elit-raund mərhələsinin C qrupunda keçiriləcək oyunların hakim-inspektoru olacaq.

Bu qrupda İspaniyanın “İnter FS”, Çexiyanın “FK EP Chrudim”, Serbiyanın “KMF Ekonomac” və Sloveniyanın “SD Brezje Maribor” komandaları yer alıb. Oyunlar noyabrın 23-dən 26-dək Sloveniyanın Maribor şəhərindəki Dvorana Tabor arenasında keçiriləcək.

Etikxeber.az

 

Read Previous

“Qarabağ” və “Qəbələ”-nin oyunlarını idarə edəcək hakimlər müəyyənləşdi

Read Next

Prezident TOTAL şirkətinin baş icraçı direktorunu qəbul edib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir