Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsi Şəhidlərindən bir neçəsinin bu gün Anım Günü və Şəhadətə ucaldığı gündür.
Bu gün-13 oktyabr 2026-cı il tarixində Bakılı İkinci Vətən Müharibəsi Şəhidləri-əslən İmişlili Əli Aydın oğlu Tağıyev və Murad Qurbanovun Anım günləridir, onların Əbədiyyətə uğurlanmalarından altı il keçir.
Etikxeber.az xəbər verir ki,əslən İmişlidən olanƏli Tağıyev 1997-ci ilin 7 avqust tarixində dünyaya gəlib.
Əligil Bakıda, Səbail rayonunun “20-ci sahə” adlanan ərazisində yaşayıblar…
Ailədə üç övlad, üç qardaş olublar…
O, həm də qardaşı Məhəmmədlə ailənin əkiz övladlarından biri idi…
Hər iki qardaşı hazırda subaydır.
Şəkər xəstəliyindən əziyyət çəkən atası Aydın Tağıyev 2025-ci ildə dünyasını dəyişib.
Əli 2003-cü ildə Bakı şəhərinin Səbail rayonunda yerləşən 162 nömrəli orta məktəbə gedib…
2012-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib…
Elə həmin il Bakı Peşə Liseyinə daxil olub…
2015-ci ildə Üçüncü dərəcəli Veb-dizayner ixtisasına yiyələnərək, Peşə Liseyini bitirib…
2016-cı ildə həqiqi hərbi xidmətə çağrılıb, Aprel döyüşləri zamanı Goranboy və Murovdağ ətrafı mübarizədə nümunəvi əsgər adını qazanıb…
2017-ci ilin iyul ayının 1-də xidmət etdiyi hərbi hissənin rəhbərliyi tərəfindən Fəxri fərmanla təltiflənib, ailəsinə bir neçə dəfə təşəkkür məktubu ünvanlanıb…
Əsgərliyini başa vurduqdan sonra-2017-ci ildə Bakı şəhərində yerləşən Dizayn və Vizualogiya Məktəbində təhsilini davam etdirib…
İkinci Vətən Müharibəsi başlayandan iki gün sonra, sentyabrın 29-da da könüllü kimi döyüşlərə yollanıb…
Müharibə zamanı Hadrut istiqamətində döyüşlərdən birində ağır yaralanaraq, Vətən yolunda qəhrəmancasına Şəhid olub…

Nəşi oktyabrınn 13-də Badamdar qəbiristanlığında yerləşən Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra3 medalla və 2026-cı ilin iyun ayının 25-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib…
Əli həm də nişanlı olub…
Şəhid olmasaydı, 2020-ci ilin payızında toyu olacaqdı…

***
Bakının Səbail rayonundan olan Murad Qurbanov isə 1996-cı ilin martın 21-də, Novruz bayramında dünyaya gəlsə də, doğum şəhadətnaməsində martın 23-ü yazılıb.

Ailənin iki övladından biri-evin tək oğlu, tək bacının tək qardaşı olub.
Anası Mehriban xanım tərəfindən təkbaşına böyüdülüblər.
Orta məktəbi 51 saylı məktəbdə, 9-cu sinifə kimi oxuyub.
Sonra Bakı Dövlət Sosial-İqtisad Kollecinə daxil olub və təhsilini orada davam etdirib.
Təhsili bitirdikdən sonra hərbi xidmətə yollanıb, Tərtər istiqamətində hərbi hissələrdən birində xidmət edib.
Hərbi xidmət zamanı Aprel döyüşlərində-Ağdamın Quzanlı kəndi və Tərtərin Qapanlı kəndi istiqamətindəki döyüşlərdə iştirak edib.
Hərbi xidmətini başa çatdrdıqdan sonra evinə, ailəsinə dönüb, müxtəlif sahələrdə çalışıb.
2020-ci ilin avqust ayının 20-də sevdiyi qızla nişanlanıb.
İkinci Vətən Müharibəsi zamanı isə evdə heç kimə demədən könüllü şəkildə müharibəyə yollanıb.
Oktyabr ayının 11-də Hadrut istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.
Nəşi 3 gün sonra-oktyabrın 14-də Badamdar qəbiristanlığında, Şəhidlər məzarlığında dəfn olunub.
Şəhidliyindən sonra 4 medalla və bu ilin iyun ayının 25-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Oxuduğu məktəbin foyesində büstü ucaldılıb.
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





