Muradovadan xəbərdarlıq: “Populistlikdən uzaq olun”

“Büdcə müzakirəsi zamanı havadan götürülən iddialardan, populist, bir qrup insanın maraqlarına xidmət edən fikirlərdən uzaq, reallığa uyğun olaraq mövqeyimizi bildirməliyik”.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) vitse-spiker Bahar Muradova parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, İnsan hüquqları, Regional məsələlər, İdman və gənclər komitələrinin dekabrın 2-də keçirilən birgə iclasında növbəti ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, 2017-ci ilin büdcəsi dünyadakı qlobal iqtisadi amillər və ölkədəki proseslər nəzərə alınıaraq hazırlanıb.

“Büdcə ölkəmizin növbəti illərdə qarşıda duran vəzifələri və yaxın gələcəkdəki strateji inkişaf hədəfləri,o cümlədən, iqtisadi sabitliyin qorunub saxlanması, müdafiə qabliyyətinin gücləndirilməsi, milli təhlükəsizliyin təmin olunması, həmçinin, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi nəzərə almaqla hazırlanıb. Hesab edirəm ki, hökumətin müvafiq qurumları büdcəni formalaşdırarkən işlərinin öhdəsindən layiqincə gəliblər”– deyə, B. Muradova vurğulayıb.

O, əlavə edib ki, büdcə hazırlanarkən dünyada gedən qlobal iqtisadi proseslər və ölkəni gözləyən risklər barədə hökumət üzvlərini, millət vəkillərini və ictimaiyyəti xəbərdar ediblər:

“Ona görə biz də gələcək fəaliyyətinmizi bu büdcəyə uyğun qurmalıyıq. Bu baxımdan, bir daha təklif edirəm ki. müzakirələr zamanı millət vəkilləri havadan götürülən iddialardan, bir qrup insanın marağına uyğun fikirlər səsləndirməkdən uzaq, reallığı nəzərə alaraq çıxış etməlidirlər”.

Etikxeber.az

Read Previous

Büdcə müzakirələri yekunlaşır… Amma hələlik komitələrdə

Read Next

Çavuşoğlu bu gün Azərbaycana gəlir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir