Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov və deputat Rövşən Rzayev oktyabrın 4-də Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.
Etikxeber.az xəbər verir ki, səfər zamanı Belçika parlamenti Nümayəndələr Palatasının xarici əlaqələr komissiyasının üzvləri, Flamand regionu parlamentinin sədri, Brüssel-paytaxt regionu parlamentinin vitse-spikeri ilə bir sıra görüşlər keçiriləcək.
Görüşlərdə iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi, deputatların qarşılıqlı səfərlərinin əhəmiyyəti və tərəfləri maraqlandıran digər aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Etikxeber.az