Müsəlman Şərqində ilk parlamentli dünyəvi Respublika – GÖVHƏR BAXŞƏLİYEVA YAZDI

AXC-nin yaranması Azərbaycan xalqının milli dövlətçilik və  özünüdərkinin inkişafı tarixində misilsiz bir hadisə idi.

Onun mövcudluğu millətin bütün sosial qatlarında sevinclə duyulmuş, fəaliyyəti cəmiyyətin bütün təbəqə və qurumlarına, milli həyatın hər sahəsinə nüfuz etmişdir. Dünyəvi dövlət prinsipləri əsas götürmüş, qəbul edilmiş İstiqlal bəyannaməsində bəyan edilirdi:

“Hər bir kəs” milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq bərabərdir. Azad inkişafı üçün bütün şərait yaradıldı. Hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmin edilməsi bəyan edildi. Daha sonra:

I-ci hökumət formalaşdırılır (F.Xoyskinin sədrliyi ilə),

1918, 4 iyun Azərbaycan və Osmanlı hökumətləri arasında Sülh və Dostluq müqaviləsi imzalanır,

1918, 26 iyun Milli Ordu yaradılır.

1918, 27 iyun Azərbaycan (türk) dilinin AXC dövlət dili elan edilir,

Gəncə şəhərinin tarixi adı bərpa edilir.

Azərbaycan dilinin tədrisi haqda Nazirlər Şurasının qərarı qəbul edilir. Əlifba islahatı keçirilir, yeni əlifba qəbul olunur.

Azərbaycan hökuməti neft sənayesinin dövlətsizləşdirilməsi haqda qərar qəbul edir,

Hərbi Nazirlik təsis edilir,

Dövlət bayrağı haqda qanun qəbulu, himn, gerb qəbul edilir,

Qori seminariyasının Azərbaycan bölməsi Qazaxa köçürülür.

AC Parlamenti haqda qanun qəbul edilir,

Parlamentin açılışı təntənəli surətdə,

AR Silahlı qüvvələrinin Baş Qərargahı yaradıldı,

Paris Sülh Konfransı Azərbaycan müstəqilliyinin de-fakto tanındı,

Arbitraj orqanının yaradılması haqda qərar qəbul edildi,

Dövlət müdafiə komitəsi təşkil olundu,

250

1919, 11 avqust Azərbaycan vətəndaşlığı haqda qanun qəbul edildi,

Dövlət bankının yaradılması haqda qanunun qəbulu. Bankın açılışı,

Bakı Dövlət Universiteti təsis edildi.

Azərbaycan Cümhuriyyəti öz fəaliyyətində milli mədəniyyətin: təhsilin, ədəbiyyat və incəsənətin inkişaf etdirilməsinə xüsusi diqqət yetirmişdir.

Faktlar Azərbaycan parlamenti və hökumətinin sosial-mədəni sahənin köklü inkişaf etdirilməsi üçün sistemli və məqsədyönlü şəkildə iş apardığına dəlalət edir.

Müharibələr və daxili qarışıqlıq nəticəsində dağıdılmış məktəblərin bərpa edilməsi, məktəblərin yeni şəraitə uyğunlaşdırılması, təhsil müəssisələrinin milliləşdirilməsi həyata keçirilirdt.

AXC Azərbaycanda milli ənənələrin, ictimai ideyaların, bədii və fəlsəfi fikrin, xalqın öz ruhundan doğan milli hərəkatın qanuni yekunu kimi təşəkkül tapmışdı. Bu Cümhuriyyət dövrü ədəbiyyatında – poeziyada, nəşrdə, dramaturgiyada, səhnə sahəsində özünü  hərtərəfli nümayiş etdirmişdir.

Bir sözlə, milli özünüdərkin güclü oyanışı, onun yüksəlişi düzgün yola, yaradıcı axara istiqamətləndirilərək inkişaf etdirilirdi. Sosial-mədəni problemlərin həlli zamanı milli mənafelər diqqət mərkəzində saxlanır,  meydana çıxan problemlər sivil üsullarda həll edilirdi.

AXC QADIN SİYASƏTİ

 AXC dövrü Azərbaycan qadınlarına kişilərlə eyni hüquqlar verildi (səs hüququ, təmsilçilik hüququ və s.).

  1. AXC hökuməti üzvləri qadın bərabərliyi və azadlığı tərəfdarları idi. Bu sahədə xüsusən Əhməd bəy Ağayevin, Şeyxülislamovun, M.Ə.Rəsulzadənin çıxışları və ideyaları önəmlidir.
  2. Müsəlmanların Ümumqafqaz qurultayında (aprel, 1917) M.Ə.Rəsulzadənin təşəbbüsü ilə qərar qəbul edilmişdir. Burada deyilirdi: “Digər xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi həyatda iştirak etdikləri və bununla da öz millətlərinə kömək etdikləri zaman azərbaycanlı qadın bağlı qala bilməz və qalmamalıdır”. Qərarda azərbaycanlı qadının kişilərlə bərabər mülki və siyasi-hüququ bərabərlik zərurətindən danışılırdı.
  3. Bununla belə AXC liderləri mövcud ictimai şüuru da nəzərə almaya bilməzdilər. Ona görə bu sahədə ehtiyatlı davranmalı idilər.
  4. AXC liderləri hesab edirdilər: azad qadın azad övlad yetişdirə bilərlər. Çoxarvadlılığın əleyhinə.
  5. Ə.Rəsulzadə hesab edirdi ki, “qadın və kişi bərabər hüquqla ölkənin idarə edilməsində iştirak etmək hüququ əldə etməli və qanunverici orqanlara daxil olmalıdırlar”.
  6. Qadınlar ictimai həyata cəlb olunurdular. Bakı müsəlman qadınlar cəmiyyəti (Liza Muxtarova) işini fəallaşdırdı.
  7. Bakıda qadın peşə məktəbi açıldı. Bu məktəb qadınları ictimai və mədəni həyata cəlb edirdi, onlarda milli qürur hissi oyadırdı.
  8. 1919-cu ildə bir sıra qadın xeyriyyə cəmiyyəti yaradıldı. Mədəni maarifləndirmə işi aparılırdı.
  9. 21 iyul 1919-cu ildə Parlament qadınların seçmək və seçilmək hüququ haqda ayrıca qanun qəbul etdi.
  10. 17 iyul 1919-cu il – Bakı və Gəncədə qadınlar üçün 2 aylıq pedaqoji kurslar açıldı.
  11. 18-20-ci illərdə orta təhsil müəssisələrində qadınların sayı mütəmadi artırdı.

Gəncə gimnaziyasında 18/19 il – 4 azərbaycanlı qadın təhsil alırdısa, 19/20 il artıq 296 azərbaycanlı qadın burada oxuyurdu.

  1. Universitetin tibb fakültəsinə 10 nəfər azərbaycanlı qız qəbul edildi.
  2. 1920-ci ilin əvvəlində Bakıda “Maariflənmiş əməkçi müsəlman qadınlar” ittifaqı yaradıldı və s.

Beləliklə, qadınlar AXC dövrü kişilərlə bərabər hüquq və seçib seçilmək hüququ əldə etdilər.

Gövhər BAXŞƏLİYEVA,

Millət vəkili, Akademik

Etikxeber.az

 

Read Previous

“Qazimizə bütün dəstəyi Mehriban xanım göstərib…” – MİLLƏT VƏKİLİ

Read Next

Milli Məclis İqtisadiyyat Nazirliyi ilə birgə qanunların icrasının monitorinqini aparır – VİTSE-SPİKER – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir