Müşərrəf Akayı riqqətə gətirən balaca istedad-Həsən Əliyev…- FOTOLAR

Azərbaycanda daha bir istedad, daha bir səs, gələcəyin daha bir parlaq ulduzu yetişir.

Etikxeber.az-ın xəbərinə görə, bu, tanınmış və sevilən müğənni, Əməkdar artist Aybəniz Haşımovanın şagirdi-balaca Həsən Əliyevdir.

IMG-20181010-WA0020

IMG_20181012_084511_689

Bu, o, Həsəndir ki, yaşının az olmasına baxmayaraq, indidən könülləri öz gözəl ifası ilə ovsunlayıb.

Bugünlərdə Həsənin istedadına Türk Dünyasının, Türkiyənin ünlü sənətçilərindən olan və hər zaman Azərbaycanda sevilən Müşərrəf Akay da şahidlik edib.

O, Həsənin ifasında  məşhur mahnıya- “Kor Ərəbin mahnısı”na qulaq asıb və ifadan riqqətə gəlib, ona valeh olub.

Ünlü sənətçi Həsənin gələcəkdə böyük müğənni olacağını vurğulayıb, ona uğurlar arzulayıb.

Qeyd edək ki, bu gün həm də balaca istedadımızın növbəti doğum günüdür.

Onun 9 yaşı tamam olur.

Bu münasibətlə Həsən təbrik edir, gələcək işlərində, ilk addımlarını atdığı sənət yolunda böyük müvəffəqiyyətlər arzulayırıq!

Etikxeber.az

Read Previous

“Buna səssiz qalmamalısınız” – DEPUTATDAN AŞPA QARŞISINDA TƏLƏB – FOTO

Read Next

Prezident jurnalistin sağlıq durumu ilə bağlı göstəriş verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir