Musa Quliyevə-DƏSTƏK DAVAM EDİR – FOTOLAR

Təbliğat-təşviqat kampaniyamız uğurla davam edir. Könüllülərdən ibarət komandamızla bu gün Gəncənin Məhsəti Gəncəvi (Sevinc) qəsəbəsində olduq. Həmişə olduğu kimi, bu gün də təbliğat materiallarımızı böyük ruh yüksəkliyi ilə qəsəbə sakinləri arasında payladıq,YAP-ın namizədlərinə səs verəcəklərindən əmin olduq.

Etikxeber.az xəbər verir ki, bunu YAP-ın Gəncə könüllülərindən olan Ruslan Vəliyev qeyd edib.

“Sakinlərə 40 saylı Kəpəz ikinci (Gəncə) Seçki Dairəsindən deputatlığa namizəd Musa Quliyevin (Urud) fəaliyyəti haqqında məlumat verdik, böyük səmimiyyət gördük. Həmin ərazi sakinləri də Yeni Azərbaycan Partiyasının namizədi Musa Quliyevin seçkilərdə qalib gələcəyinə əminliklərini ifadə ediblər. Daha güclü Azərbaycan naminə!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

İlham Əliyev Çingiz Aydarbekovu və Mövlud Çavuşoğlunu-QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Seçki 2020: Azərbaycan gəncliyindən gələcəyin beta-versiyası – ELNUR ASLANOV XARİCİ NƏŞR ÜÇÜN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir