Musa Quliyev energetik içkilərin-SATIŞINA QADAĞA QOYULMASINI TƏKLİF ETDİ…

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev energetik içkilərin satışına qadağa qoyulmasının tərəfdarıdır.

Etikxeber.az-ın xəbərinə görə, komitə sədri bu təkliflə MM-in payız sessiyasının ilk plenar iclasında çıxış edib.

Qeyd edib ki, energetik içkilərin satılması və onun yaratdığı fəsadlar ciddi narahatçılıq doğurur.

“Bu gün televiziyalarda, xüsusilə, özəl telekanallarda energetik içkilərin reklamı gedir. Hesab edirəm ki, bu, düzgün deyil. Çünki energetik içkilər, onun vurduğu zərərlərlə bağlı ciddi narahatlıq doğuran məqamlar var. Xüsusilə, azyaşlılar, yeniyetmələr, gənclər arasında bu içkilərə meyllilik xoşagəlməz məqamların, narahatlıqların yaranmasına gətirib çıxarıb. Ona görə hesab edirəm ki, həm energetik içkilərin reklamı, həm də satışı qadağan edilməlidir”-deyə, M. Quliyev sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Qələbə əldə edəndən sonra ilk brifinqi Milli Məclisdə özüm təşkil edəcəyəm”-SahibəQafarova – SPİKER İLK BRİFİNQİNİ KEÇİRDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Artıq Azərbaycanın İsraildə səfirliyi açılmalıdır”-FƏZAİL AĞAMALI MM-DƏ BU TƏKLİFLƏ ÇIXIŞ ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir