Musa Quliyev Qazaxıstana niyə gedir?

Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev aprelin 22-də Qazaxıstana səfər edəcək.

Etikxeber.az xəbər verir ki,  millət vəkili Nur Sultan şəhərində keçiriləcək “Mərkəzi Asiya və Qafqazda sağlam qidalanma üçün dayanıqlı ərzaq sistemləri və qidalanmanın idarə edilməsi” mövzusunda regional simpoziumda iştirak edəcək.

Tədbirdə M. Quliyev mövzu ilə bağlı fikirlərini açıqlayacaq, ölkəmizdə əhalinin sağlam qidalanması üçün keyfiyyətli ərzaq məhsullarının istehsalı sahəsində görülən işlər, bu istiqamətdə əldə olunan nailiyyətlər barədə məlumat verəcək.

Səfər aprelin 27-də başa çatacaq.

Etikxeber.az

Read Previous

Azərbaycanın rayonlarına qar yağır – YAZDA QIŞ HAVASI – FOTOLAR

Read Next

NATO PA-nın 100-cü Rouz-Rout seminarı başlayır – BRÜSSELDƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir