Musa Quliyevdən iki təklif

“Stüardessalara xüsusi sosial güzəştlər tətbiq edilsin, həmçinin,  hamilə və 2 yaşadək uşağı olan qadınlar ödənişsiz əsaslarla ali təhsil alsınlar” 

Milət vəkili stüardessalara xüsusi sosial güzəştlərin tətbiq edilməsini təklif edib.  

Etikxeber.az xəbər verir ki, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin dünən keçirilən iclasında adıçəkilən komitənin sədr müavini, deputat Musa Quliyev bildirib ki, stüardessalara xüsusi sosial güzəştlərin tətbiq edilməsinə ehtiyac var. Millət vəkili qeyd edib ki, stüardessalar gərgin rejimdə işləyirlər, fiziki yorğunluqları çox olur və dövlət onların qayğısına qalmalıdır: “Ona görə də xahiş edirəm onların tez pensiyaya çıxmasını, eyni zamanda bir sıra sosial güzəştlərin tətbiq edilməsini özündə ehtiva edən dəyişikliklər edək. Bu, çox vacibdir”.

M.Quliyev eyni zamanda,  Azərbaycanda hamilə və 2 yaşadək uşağı olan qadınların ödənişsiz əsaslarla ali təhsil alması təklifi ilə çıxış edib. Millət vəkili qeyd edib ki, dünyanın bir çox ölkələrində hamilə və 2 yaşadək uşağı olan qadınlar pulsuz ali təhsil alırlar. Deputat bildirib ki, bu kateqoriyadan olan qadınlar ali məktəblərin ödənişli əsaslarla olan ixtisaslarına qəbul olsalar da, onlara ödənişsiz əsaslarla oxumaq üçün imkan yaradılır:

“Hesab edirəm ki, qadın tələbənin təhsil haqqı üçün pul axtarması onun həm özünə, həm də bətnindəki körpəyə psixoloji təsir göstərir. Bu təklifin reallaşması həm də Prezidentin demoqrafik siyasətinə böyük dəstək olar. Hesab edirəm ki, 2 yaşadək uşağı olan, onlara süd verən analara bu güzəşt verilə bilər. Bunun bir statistikası aparıla bilər və müəyyənləşdirilər ki, onların sayı az, yoxsa çoxdur”.

Etikxeber.az

Read Previous

“Biz o abidələrin dağıdılmasının əleyhinəyik…” – DEPUTAT

Read Next

“Azərbaycana gələn turustlərin sayı azaldılmalıdır” – MILLƏT VƏKİLİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir