Musa Quliyevin Heydər Əliyev və Elçibəylə bağlı Leyla Yunusa-CAVABI: “BİR DAŞNAKIN SÖZÜNDƏN FƏRQİ YOXDUR”

MUSA QULİYEV: Azərbaycan xalqı bilir ki, istər sovet dönəmində, istərsə müstəqillik dönəmində Heydər Əliyev qədər Azərbaycana xidmət edən bizim ikinci  bir dövlət rəhbərimiz olmayıb. Heydər Əliyev 1993-cü ildə Azərbaycanı faktiki olaraq məhv olmaqdan xilas etdi və bugünkü dövlətimizin də qurucusu məhz Heydər Əliyevdir…

Etikxeber.az-ın müxbirinin suallarını YAP Siyasi Şurasının üzvü, parlamentin komitə sədrinin müavini Musa Quliyev cavablandırır:

“Leyla Yunus bir dəfə olsun “mən azərbaycanlıyam”, “mən türkəm” sözünü işlətməyibsə…”

-Musa müəllim, neçə gündür sosial şəbəkələrdə hazırda xaricdə yaşayan Leyla Yunusun mərhum Heydər Əliyev və Əbülfəz Elçibəy, o cümlədən, ermənistanlılar (Qərbi azərbaycanlılar), naxçıvanlılar, tayfabazlıq, yerlibazlıq siyasəti haqqında dedikləri geniş müzakirə mövzusu olmqadadır. Siz bu barədə nə deyərdiniz?

– Leyla Yunusun dediklərinə ciddi fikir verməyə və cavablandırmağa da elə bir ehtiyac yoxdur. Leyla Yunusun genetikası da bəllidir, hansı millətə mənsub olması da. Həmçinin, düşmən mövqedə olması da bəllidir və təbiidir. Leyla Yunus bir dəfə olsun “mən azərbaycanlıyam”, “mən türkəm” sözünü işlətməyibsə, “o, ermənidir”,  yəni, ona erməni deyənlərə erməni olmadığını söyləməyibsə, ömrü boyu Azərbaycan əleyhinə təbliğat, fəaliyyət aparıbsa, bu üzdən onun Azərbaycanın dəyərli şəxsiyyətləri barəsində, o cümlədən, Ümummilli lider haqqında, hətta, yaxşı söz söyləsə biz o zaman şübhələnərdik ki, görəsən, nə oldu?

Onun dedikləri düşmən sözüdür. Hər hansı sıradan bir erməninin, daşnak erməninin söylədiyi bir fikir, Xocalı soyqırımını törədən bir erməninin tutduğu mövqe, yaxud da Leyla Yunusun mövqe,  hər ikisi də eyni bir şeydir. Yəni, buna çox ciddi önəm verməyin və onu müzakirəyə çıxarmağın tərəfdarı deyiləm.

O ki qaldı Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərinə, bunu tək Azərbaycan xalqı demir ki, bunu bütün dünya xalqları deyir, dünya liderləri deyir. Bunu vaxtilə Heydər Əliyevin dövründə böyük dövlətlərin başçıları olmuş Klinton söyləyib, Putin söyləyib, Dəmirəl söyləyib, Jak Şirak söyləyib. Elə o məşhurların Ümummlilli lider haqqında söylədiyi sözləri yazsansız, Leyla Yunusa  elə ən gözəl cavab olar.

Digər tərəfdən, Azərbaycan xalqı bilir ki, istər sovet dönəmində, istərsə müstəqillik dönəmində Heydər Əliyev qədər Azərbaycana xidmət edən bizim ikinci  bir dövlət rəhbərimiz olmayıb. Heydər Əliyev 1993-cü ildə Azərbaycanı faktiki olaraq məhv olmaqdan xilas etdi və bugünkü dövlətimizin də qurucusu məhz Heydər Əliyevdir.

Eyni zamanda, Heydər Əliyevin Azərbaycan xalqına münasibətinə gəlincə, uzun illər  SSRİ Dövlət Plan Komitəsinin sədri olmuş Nikolay Baybakovun bir sözünü xatırlatmaq istəyirəm. Nikolay Baybakov söyləyirdi ki, “mən  Azərbaycan xalqını  Heydər Əliyev qədər istəyən ikinci bir adam tanımıram və ikinci bir adama da rast gəlməmişəm”.

Hesab edirəm ki, yüzdəyüz doğru deyib, bu, birmənalıdır.

ƏLİYEV HEYDƏR

elçibey və əliyev

qara-heyder

heyder eliyev zerife 12141

resid-heyder

ebulfez-elcibey-nesibe-zeynalova

leyla-yunus-034y

musa-urud

Birinci hakimiyyəti dönəmində  ilk çıxışını da  məhz Bakı Dövlət Universitetində-Azərbaycan dilində etmişdi. Bunun o dövrdə  nə demək olduğunu yəqin ki, çoxları yaxşı anlayır, bu, böyük risq və cəsarət idi…

-Tək Leyla Yunus, bəzi müxalifyönlü siyasilər və ziyalılar da qeyd edirlər ki, Mir  Cəfər Bağırovdan sonra-İmam Mustafayevlə Vəli Axundovun (1954-59, 1959-69-cu illər) hakimiyyətləri dövründə yumşalma, milli kadrların, ziyalıların hakimiyyətə cəlb olunması illəri olub, ancaq 1969-cu ildən Heydər Əliyevin hakimiyyətə gəlişi ilə sərtləşmə, milli kadrların, ziyalıların sıxışdırılması dönəmi olub…Bəs bu iddialar haqqında nə deyərdiniz?

– Heydər Əliyevin dövründə ona yaxın Azərbaycan ziyalısı Sovet Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. Bu, birbaşa Heydər Əliyevin Azərbaycan ziyalısına verdiyi qiymət idi. Rusiyadan- keçmiş RSFSR-dən sonra SSRİ-nin Azərbaycan qədər Sosialist Əməyi Qəhrəmanı adı alan  ikinci  bir respublikası yox idi. Ən çox bizim ziyalılar – bəstəkarlar, şairlər, yazıçılar, rəssamlar və sair bu yüksək fəxri ada layiq görülmüşdülər.

SSRİ-də o vaxt yeganə mövcud olan Kondisionerlər zavodunu Bakıda məhz Heydər Əliyev tikdirmişdi  və bu da birbaşa onun xidmətdir. Yüzlərlə, minlərlə azərbaycanlını hər il SSRİ-nin ən aparıcı universitetlərinə göndərirdi. Bəs ziyalıya xidmət, dövlətə xidmət nə deməkdir?  Birinci hakimiyyəti dönəmində  ilk çıxışını da  məhz Bakı Dövlət Universitetində-Azərbaycan dilində etmişdi. Bunun o dövrdə  nə demək olduğunu yəqin ki, çoxları yaxşı anlayır, bu, böyük risq və cəsarət idi. Yəni, birbaşa xalqa mesaj idi ki, özünə dön xalq, öz dilinə dön. Həmin dövrdə ondan artığını heç kəs edə bilməzdi.

O ki qaldı ondan öncəki Azərbaycanın rəhbərləri ilə müqayisəyə, düşünürəm ki, bu müqayisənin də yeri yoxdur. Çünki birinci növbədə onların dövründəki-bütün SSRİ-dəki ab-hava ilə Heydər Əliyev dövründəki ab-hava bir deyildi. Digər tərəfdən, o inkişafa, əldə etdiyimiz nəticələrə bir baxaq görək ondan qabaqkı rəhbərlərin dövründə Bakıda nə qədər, neçə kvadrat metr ev tikilib, Heydər Əliyev dövründə nə qədər, neçə kvadrat metr ev tikilib?  Onların dövründə nə qədər sənayeləşmə gedib?

Bir dəfə, gərək ki, Aqil Abbas yazmışdı “Ədalət” qəzetində, yazmışdı ki,  Heydər Əliyevin təkcə Bakıda tikdiklərini bir an içində gözümüzün qabağında aradan çıxarsaq, götürsək, Bakıda nə qalacaq? Sonra da yazmışdı ki, yalnız Hacı Zeynalabdin Tağıyevin tikdikləri. Yəni, bunlar hamısı həqiqətlərdir. İndi Leyla Yunus kimi orada-burada ağzına gələni danışmaqla deyil ki? İqtisadi göstəricilər var, sosial göstəricilər var, demoqrafik göstəricilər var, hər şeyi aydın şəkildə ortaya qoyur.

Azərbaycan kəndi Heydər Əliyev gələndə nə gündəydi, Heydər Əliyev gələndən sonra nə gündə oldu? Heydər Əliyev gələndən sonra Azərbaycan  kəndlərində ikimərtəbəli evlər tikildi. Kəndlərə maşın Heydər Əliyevin dövründə getdi çıxdı. Asfalt  yollar məhz onda çəkildi. Bütün bunların hamısını düşünmək lazımdır.

Yenə deyirəm, ziyalılara hansı təzyiqdən, repressiyadan danışmaq olar ki, Heydər Əliyevin dövründə onlarla Azərbaycan ziyalısı SSRİ-nin ən yüksək mükafatlarını aldılar. Dövlət mükafatı aldılar, Sosialist Əməyi Qəhrəmanı adı aldılar, Xalq yazıçısı adları, Xalq şairi adları aldılar. Bütün bunlar hamısı, hesab edirəm ki, Heydər Əliyevin birbaşa Azərbaycan mədəniyyətinə, Azərbaycan xalqına, Azərbaycan elminə xidməti ilə bağlıdır.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az 

Read Previous

Dünyanın ən gözəl bayraqları – SİYAHI

Read Next

Aydın Mirzəzadədən Elçin Quliyev və Məleykə Abbaszadəyə təklif: “BU ƏSGƏRİ İMTAHANSIZ SƏRHƏD AKADEMİYASINA QƏBUL ETMƏK OLAR”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir