Musa Quliyevin “komitəsi”-PAYIZ SESSİYASI İLƏ BAĞLI İLK İCLASINA TOPLAŞDI, KOMİTƏ SƏDRİ BİR SIRA VACİB MƏSƏLƏLƏRƏ TOXUNDU…- YENİLƏNİB – (3)

Bu gün – sentyabrın 9-da Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin parlamentin qarşıdan gələn payız sessiyası ilə bağlı ilk iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, komitə sədri Musa Quliyevin sədrliyi ilə keçiriləcək iclasın gündəliyinə 9 məsələ daxil edilib.

Tədbirdə 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabat təqdim ediləcək, komitənin 2020-ci il payız sessiyası üçün işlər planına baxılacaq.

Komitə üzvləri Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş),  “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), Əmək Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, Əmək Məcəlləsində, Cinayət Məcəlləsində,  İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), Əmək Məcəlləsində, “Sağlamlıq imkanlarında məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini müzakirə edəcəklər.

Qeyd edək ki, adıçəkilən komitənin tərkibi belədir:

Musa İsa oğlu Quliyev  – Sədr

Məlahət İbrahim qızı İbrahimgızı – Sədr müavini

Vüqar İbad oğlu Bayramov
 
Əziz Yusif oğlu Ələkbərov
 
Rauf Asif oğlu Əliyev 
 
Jalə Fazil qızı Əliyeva 
 
Sevinc Əmirəhməd qızı Hüseynova
 
Aqil Sadiq oğlu Məmmədov 
 
İlham Kazım oğlu Məmmədov 
 
Soltan Teymur oğlu Məmmədov

Səttar Suliddin oğlu Möhbalıyev

Arzu Nəsib oğlu Nağıyev 
 
Ziyad Əliabbas oğlu Səmədzadə

10:40

***

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul olunsa da, bunun icrası yetərli səviyyədə deyil”.

Bunu iclasda  MM-in Əmək və sosial siyasət komitəsinin iclasında komitənin sədri Musa Quliyev bildirib.

M. Quliyev deyib ki, hətta məktəblərin yanında da tütün məlumatlarının satılması hallarına rast gəlindiyi barədə millət vəkilləri çıxışlarında qeyd edirlər:

“Bu məsələ ilə bağlı araşdırmalar aparılır və noyabr ayında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası ilə bağlı Milli Məclisdə dinləmə təşkil olunacaq”.

***

MM-də “Xeyriyyəçilik fəaliyyəti haqqında” haqqında qanun layihəsinin hazırlanması üçün İşçi Qrupu yaradılıb.

Bu haqda da M. Quliyev məlumat verib.

İşçi Qrupunun rəhbəri isə millət vəkili Soltan Məmmədov olub.

***

“Prezident İlham Əliyevin rəhbərliyi altında koronavirus pandemiyası ilə uğurlu mübarizə aparılır”-deyən M. Quliyev du məqsədlə bu il dövlət büdcəsindən əhaliyə 600 milyon manat ayrıldığını, dəstəyin 4,8 milyon insanı əhatə etdiyini söyləyib.

Komitə sədri deyib ki, 600 min nəfərə birdəfəlik ödləmə verilib, açılan 90 min ictimai iş yerindən 75 minində insanlar çalışır:

“Bu il ünvanlı sosial yardım alanların sayı da 10 min nəfər artıb”.

***

Onu da qeyd edək ki, adıçəkilən komitənin işlər planına “Turizm haqqında”, “Xeyriyyəçilik fəaliyyəti haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun büdcəsi haqqında”, “Azərbaycan Respublikasında üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikası üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri daxildir.

Əmək və sosial siyasət komitəsi payız sessiyasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun icrasının monitorinqi və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanununun təmin olunması və qeyri-formal məşğulluğun aradan qaldırılmasına dair dinləmələr də təşkil edəcək.

Etikxeber.az

Read Previous

“Əlilliyin təyin edilməsində ciddi problemlər var”-JALƏ ƏLİYEVA PARLAMENTDƏ NARAHATLIĞINI DİLƏ GƏTİRDİ VƏ…-FOTOLAR

Read Next

Arzu Nağıyev “TƏBİB”-dən narazılıq etdi-MƏLAHƏT İBRAHİMQIZI HƏKİMLƏRLƏ BAĞLI MƏSƏLƏDƏN DANIŞDI, TƏKLİF ETDİ Kİ…-YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir