Musa Quliyevin müəllifi olduğu qanun qəbul olundu…

Psixoloji yardım almaq mümkünləşək

Parlamentin bu gün keçirilən plenar iclasında “Psixoloji yardım haqqında” qanun layihəsi üçüncü – yekun oxunuşda müzakirə edilib.

Etikxeber.az-ın xəbərinə görə, iclasda bildirilib ki, layihə 6 fəsil, 22 maddədən ibarətdir.

Qeyd edək ki, qanun layihəsinin müəllifi millət vəkili Musa Quliyevdir.

Qanun layihəsi Azərbaycanda psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

Layihə ilə Azərbaycanda ödənişsiz psixoloji yardım alacaq şəxslərin kateqoriyası müəyyənləşib.

Qanunun 6-cı (Psixoloji yardımın maliyyələşdirilməsi) maddəsinə əsasən, psixoloji yardım dövlət büdcəsinin vəsaiti hesabına (ödənişsiz) və ya yardım alan şəxsin vəsaiti hesabına (ödənişli) həyata keçirilir.

Aşağıdakı hallarda şəxsin ödənişsiz psixoloji yardım almaq hüququ var:

Şəxsin yaşayış yeri və ya olduğu yer üzrə dövlət ambulator-poliklinika müəssisəsində və ya həmin müəssisənin göndərişi ilə ixtisaslaşdırılmış dövlət tibb müəssisəsində, məktəbəqədər və orta təhsil müəssisələrində təhsilalanların, həbs edilən şəxslərin,Penitensiar müəssilərdə cəza çəkən şəxslərin, eləcə də cəza çəkməkdən azad edilən və psixoloji yardıma ehtiyacı olan şəxslərin, dövlət yardım mərkəzilərində məişət zorakılığından zərər çəkən şəxslərin,Silahlı Qüvvələrdə xidmət keçən hərbi qulluqçuların,hərbi əməliyyatlar zamanı zərər çəkən şəxslərin, sosial xidmətə cəlb edilən şəxslərin,fövqəladə hallar zamanı zərər çəkən şəxslərin, onların ailə üzvlərinin, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin ,peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan şəxslərin – işə götürənin vəsaiti hesabına, tibbi-sosial reablitasiya zamanı əlilliyi olan şəxslərin və onların ailə üzvlərinin.

musa-urud

Qanunla pulsuz psixoloji yardımın göstərilməsinin digər halları da nəzərdə tutula bilər.

Psixoloji yardımın həcmi və müddəti psixoloji yardım alan şəxsin ehtiyaclarına mütənasib olmalıdır.

Layihədə sonra bildirilib ki, Azərbaycanda Psixoloqlar Şurası yaradılır.

Qanunun 21-ci (Azərbaycan Psixoloqlar Şurası) maddəsinə sasən, psixoloji xidmət göstərən mütəxəssislərin fəaliyyətinin əlaqələndirilməsi, onların peşə hüquqlarının qorunması, təcrübə mübadiləsinin aparılması və təbliği, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, əhalinin keyfiyyətli psixoloji xidmətlə təmin edilməsinə və psixoloji xidmət sahəsində elmi tədqiqatların aparılmasına köməklik göstərilməsi və psixoloji yardım standartlarının və etika normalarının işlənib hazırlanması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Psixoloqlar Şurası yaradılır.Şura ictimai əsaslarla fəaliyyət göstərir və yüksək ixtisaslı psixoloqlardan, müxtəlif sahələrdə psixoloji xidmət göstərən dövlət orqanlarının nümayəndələrindən ibarət olmaqla 7 üzvdən ibarətdir. Şuranın fəaliyyəti, hüquq və vəzifələri, üzvlərin təyin olunması ə idarə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənən “Azərbaycan Psixoloqlar Şurası haqqında Əsasnamə” ilə müəyyən edilir.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bakıda qeydiyyat məsələsi yüngülləşdirilməlidir – ZAHİD ORUC

Read Next

Seçki Məcəlləsinə dəyişiklik növbəti oxunuşdan keçdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir