Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Respublikası Milli Məclisinə VII çağrış seçkilərin təbliğat-təşviqat kampaniyası 40 saylı Gəncə üçüncü seçki dairəsində seçici fəallığı şəraitində davam edir.
Etikxeber.az xəbər verir ki, bu barədə deputatlığa namizəd Musa Quliyevin Seçki Qəragahından bildirilib.
Qeyd olunub ki, YAP-ın bu dairədən deputatlığa namizədi Musa Quliyevin öz seçiciləri ilə növbəti görüşündə gəncəlilər partiyamızın siyasi xəttini və seçki platformasını ürəkdən bəyəndiklərini və uğurlu inkişafın davamına səs verəcəklərini bildiriblər.
***
Musa Quliyevin seçicilərlə növbəti görüşü dairə ərazisində Abbasqulu Məmmədov küçəsinin sakinləri ilə olub.
Deputatlığa namizəd partiyasının və özünün seçki platforması barədə seçicilərə ətraflı məlumat verib.
Musa Quliyev YAP iqtidarı dövründə dövlətimizin və xalqımızın əldə etdiyi uğurları qeyd edib, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Milli Ordumuzun 44 günlük zəfər savaşı və 23 saatlıq antiterror əməliyyatı nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün tam təmin olunmasından sonra ölkəmizdə və bölgədə yeni reallıqların yarandığını vurğulayıb.
Görüşdə yeni dövrdə qarşıya qoyulan yeni hədəflərə çatmaq üçün YAP-ın öndərliyi ilə milli birliyimizin daha da möhkəmlənməsinin vacibliyi vurğulanıb.
Səmimi şəraitdə keçən görüşdə seçicilər iqtidar partiyasına dərin inamlarını ifadə edib, Heydər Əliyev siyasətinin uğurlu davamını bundan sonra da dəstəkləyəcəklərini bildiriblər.




Etikxeber.az





