Müsadirə olunmuş 473 kiloqramdan çox narkotika məhv edilib – FOTOLAR

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 473 kiloqramdan çox narkotik vasitə, psixotrop maddə və onların prekursorları dekabrın 14-də Binəqədi rayonundakı Bünyad Sərdarov adına Bakı maşınqayırma zavodunda məhv edilib.

Etikxeber.az xəbər verir ki, narkotiklərin məhv olunması prosesində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Fəqan Şahverdiyev bildirib ki, 199 məhkəmə hökmü əsasında müsadirə edilən, barəsində məhvetmə qərarı çıxarılan 473 kiloqramdan çox müxtəlif növ narkotik vasitələr, o cümlədən 2116 çətənə bitkisi (264 kiloqram 252,778 qram marixuana, 164 kiloqram 542,743 qram tiryək, 27 kiloqram 446,626 qram heroin, 16 kiloqram 542,743 qram həşiş qətranı, bir kiloqramdan artıq psixotrop maddələr) yandıraraq məhv edilib. Müsadirə olunan müxtəlif növ narkotik vasitələrin “qara bazar”da ümumi dəyəri 12 milyon manat təşkil edir.

mahk-5

mahk-1

mahk-4

Etikxeber.az

Read Previous

“Cəfər Cabbarlı” stansiyasının birinci yolu sabahdan açılacaq

Read Next

Prezident and içərək vəzifəsinin icrasına başladı – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir