Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bankların Müşahidə Şurasının üzvlərinin səlahiyyət müddəti aşağı salınıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Banklar haqqında” qanuna dəyişikliklər layihəsi bu gün Milli Məclisin (MM) plenar iclasında I oxunuşda müzakirə olunub.
Dəyişikliyə əsasən Müşahidə Şuranın üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və ya kənar şəxslərdən 3 ildən çox olmayan müddətə təyin ediləcək.
Xatırladaq ki, hazırda qüvvədə olan qanuna əsasən bu müddət 4 ildir.
Bildirək ki, Bankın Müşahidə Şurası 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Şuranın üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı Müşahidə Şurasının üzvləri sırasından Müşahidə Şurasının sədrini təyin edir. Müşahidə Şurası üzvlərinin muzdu bankın bölüşdürülməmiş mənfəətinin faizi şəklində və ya əmək haqqı formasında səhmdarların ümumi yığıncağında təyin edilə bilər.
Digər dəyişikliklə, İdarə Heyətinin üzvləri bank səhmdarlarının ümumi yığıncağı tərəfindən 3 ildən çox olmayan müddətə təyin edilirlər.
Xatırladaq ki, hazırda qüvvədə olan qanuna əsasən bu müddət 4 ildir.
İdarə Heyəti 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Onlar növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı İdarə Heyətinin üzvlərindən birini İdarə Heyətinin sədri təyin edir. İdarə Heyəti sədrinin səlahiyyətləri İdarə Heyətinin əsasnaməsində müəyyən edilir.
Digər dəyişikliyə görə isə Banklarda Müşahidə Şurasının səlahiyyətləri artırılır. Dəyişikliyə görə, komitənin üzvləri Səhmdarların Ümumi Yığıncağı tərəfindən deyil, Müşahidə Şurtası tərəfindən təyin olunacaq.
Qanunun 25.15.1 maddəsinə edilən əlavəyə əsasən Müşahidə Şurası həmçinin bankın Audit Komitəsinin üzvlərini təyin etmək və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək də imkanı əldə edəcək.
Audit Komitəsinin üzvləri də 4 il deyil, 3 il müddətinə təyin olunacaq.
Kamil HƏMZƏOĞLU
Etikxebeer.az