MUSANIN MÜDAFİƏÇİLƏRİ, MƏHƏMMƏDİN DÜŞMƏNLƏRİ… – Zahid Oruc “sükutu” pozdu…

Yaxşı deyək ki, Fransa imperatorlarının Roma papalarından ilahi xeyir-dua əlaməti olaraq qəbul etdikləri tac keçmişin qalığıdır.

Bəs onda Osmanlı sultanlarının məscidi-Allah evini dövlət sarayına çevirmələrinə həqarət edənlərin məntiqi niyə belə birtərəfli işləyir?

Nədən ki, Alliluya sədaları altında Allahı öz idarəçiliyinə yardıma səsləyən əksər Amerika prezidentləri bu gün də gəlib “Ağlama divarı”nın yanında səssiz dualar edib bir parça arzularını daşların arasına qoyanda, yaxud Kilsə başçılarını andiçmə mərasimlərinə çağıranda sizcə hansı məqsədi güdürlər?

zahid-3

Biz heç İncilə, Qurana, Tövrata basılan əllərdən hələ danışmırıq.

Əgər peyğəmbərləri seçilmiş bəndələr sayırsızsa, onda yer üzündə hökm sahibi olan və insanların taleyinə təsir göstərən hər kəsin onlarla müqayisə ediləcəyinə təbii baxmalısınız.

Lakin heç təəccüblü deyil ki, Musa peyğəmbərin son müdafiəçiləri Məhəmməd əleyhissəlamın üzərinə gələn selin qarşısına bircə dəfə olsun çıxmırlar.”Şarli Hebdo”nu gülləboran etmək yox, ona cavab vermək, Quranı yandıranları süngüyə taxmaq yox müqəddəsliklərin yanmazlığını sübuta yetirmək, İslamın terror deyil, barış və sülh dini olduğunu göstərmək əvəzinə bizim hər sətrimizi zərrəbinlə izləməyə çıxanlar doğrusu məni çox sevindirir.

Demək, rəqiblərin nə düşündüyü sizlər üçün həyati əhəmiyyət daşıyır.Elə isə, “HEYDƏR VƏ İLHAM ƏLİYEVİ SEVƏN SİYASİ “ƏHLİ BEYTÇİ”LƏR” yazıma hazır olun.

Söhbət dindən deyil, siyasətdən gedəcək.O üzdən sevgilərinizi və süngülərinizi hazır tutun!

Zahid ORUC, 

Millət vəkili

Etikxeber.az

Read Previous

“Peşəkar peşə sahiblərinə ciddi ehtiyac yaranmışdı, qıtlıq vardı…” – MİLLƏT VƏKİL(LƏR)İ – YENİLƏNİB – (2)

Read Next

“Ümumi təhsil haqqında” qanun layihəsindən yeni nə xəbər var? – AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir