“Müsavat” 12 noyabr aksiyasında israrlıdır…

12 noyabr aksiyamıza da “yox”cavabı verildi. Heç bir halda aksiyalarımıza icazə verilmir. Müsavata icazə verilmir. Nəinki mitinqimizə, hətta piketimizə də icazə verilmir. Niyə məhz, Müsavata, niyə hər hansı aksiyaya, niyə hətta piketə də icazə verilmir?

Etikxeber.az xəbər verir ki, bunu “Müsavat”ın başqanı Arif Hacılı deyib.

“Məncə bu sualın cvabı qərəzsiz olan hər kəsə aydındır. Bundan daha artıq güzəştimiz mümkün deyil. Noyabrın 12-də, Bakı Şəhər İcra Hakimiyyəti qarşısında “Konstitusiyaya əməl et”, Sərbəst toplaşma azadlığı təmin edilsin” və digər şüarlarla planlaşdırdığımız aksiyamız keçiriləcək!”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Vergi Məcəlləsinə – 164 DƏYİŞİKLİK NƏZƏRDƏ TUTULUR – FOTO

Read Next

Prezidentdən “Ləki–Qəbələ dəmir yolu xətti” ilə bağlı yeni – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir