“Müsavat” başqanından İran və Minsk qrupunun həmsədrlərinə sərt sözlər

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Müsavat gənclərinin bu səfirlik qarşısındakı piket cəhdindən sonra İİR-in Ermənistanla birgə silah istehsalı barədə məlumatları təkzib edib. Halbuki bu məlumatlar nüfuzlu ” Turan” informasiya agentliyi tərəfindən çoxdan yayılmış və təkzib edilməmişdi. 
İİR-in Azərbaycandakı səfirliyinin açıqlaması birmənalı deyil və qaldırılan konkret məsələyə münasibət bildirilmir.

Etikxeber.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

Arif

O, qeyd edib ki,  İranın Ermənistanla birgə silah istehsal etməsi və bu silahların Rusiyada, Moskva yaxınlığında nümayiş etdirilməsi BMT Təhlükəsizlik Şurasında müzakirə olunacaq qədər ciddi məsələdir. 

“Azərbaycan hakimiyyəti susur, Minsk qrupu həmsədr dövlətləri görməzdən gəlir, İran yalnız Müsavatın bu məsələni ümumdövlət səviyyəsinə qaldırmasından sonra ümumi və  yarımçıq izahat verir. Bu, ciddi məsələyə görə üzərində məsuliyyət olan hər bir qurum izahat verməli olacaq.  İran- Ermənistan hərbi əməkdaşlığına son qoyulanadək mübarizəmiz davam edəcək”-deyə, A. Hacılı sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Dünyanın, Avropanın qəlbi yenidən Bakımızla döyünəcək” – DEPUTAT

Read Next

Elçibəyə görə Cəmil Həsənli Leyla Yunusla qarşı-qarşıya gəldi: “HEÇ BİRİ GERÇƏK DEYİL”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir