“Müsavat” Eldar Əzizova müraciət etdi…

20 gün əvvəl Müsavat Partiyası qurultayına yer ayrılması üçün Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etmişik. Bir neçə yer nümunə göstərməklə bizə 400-500 nəfərlik iclas zalı verilməsini xahiş etmişik. Üzərindən üç həftə keçdikdən sonra bizə verilən müsbət cavab bir şadlıq sarayı rəhbərliyi tərəfindən rədd edilir.

Etikxeber.az xəbər verir ki, bunu “Müsavat”ın başqanı Arif Hacılı deyib.

“Siyasi partiyalar haqqında” qanuna görə, qurultayımıza yer ayrılması hökümətin, bu halda BŞİH-nin borcudur, vəzifəsidir. Eldar Əzizova müraciət edirəm ki, öz vəzifə borcunu yerinə yetirsin. İnanıram ki, bir partiyanın piketinə icazə verilməsini az qala demokratik açılım kimi dəyərləndirənlər də Müsavat Partiyası qurultayına uyğun yer ayrılması tələbimizə dəstək verəcəklər”-deyə, o, sözlərinə əlavə edib.

Qeyd edək ki, BŞİH-in razılığına rəğmən, “Büllur” şadlıq sarayının rəhbərliyi “Müsavat”a qurultay üçün yer ayırmaqdan imtina edib.

Etikxeber.az

Read Previous

“Məktəbli paltarında olan uşaq ictimai nəqliyyatdan istifadəyə görə pul ödəməməlidir” – TƏKLİF

Read Next

Millimizin heyətində dəyişiklik – EMRELİ İKİ OYUNDA İŞTİRAK EDƏ BİLMƏYƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir