Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Müsavatçı həkim koronavirusdan dünyasını dəyişib.
Etikxeber.az-ın xəbərinə görə, bu haqda Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli öz sosial şəbəkə hesabında məlumat verib.
“Təcili yardımda çalışan müsavatçı həkim koronavirusdan dünyasını dəyişib. Zakir Xəlilov başqalarını xilas edərkən bu xəstəliyə yoluxmuşdu. Allah rəhmət eləsin”-deyə, o, qeyd edib.
Həmçinin əlavə edilib ki, Z. Xəlilovun 67 yaşı vardı.
Koronavirusa yoluxduqdan sonra bir həftədən artıq reanimasiya şöbəsində müalicə alıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

11:08
***
“Müsavat Partiyasının üzvü, həkim Zakir Xəlilov vəfat etdi. Koronavirusun qurbanı oldu. Bərpa olunduğu dövrdən Müsavat Partiyasının üzvü, Azərbaycanda demokratik cəmiyyətin qurulması uğrunda mübarizənin fəal iştirakçısı idi. Təcilli yardımda çalışırdı. Zakir Xəlilov koronavirusa yoluxan xəstələrin həyatını xilas etmək naminə öz həyatını itirən ilk Azərbaycan həkimidir. Allah rəhmət eləsin!”
Bunu isə Müsavat başqanı Arif Hacılı dilə gətirib.
11:12
Etikxeber.az





