Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Məhdudiyyətlərə baxmayaraq Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi qarşısında toplaşdıq. Elçibəyi məzarı başında yad etdik. Dostlarla bayramlaşdıq, ürək sözlərimizi dedik. Gəncədə, Zaqatalada, Salyanda və başqa şəhər və rayonlarımızda da bayram tədbirləri oldu…Hakimiyyət isə bu bayramın layiqincə qeyd edilməməsi üçün əlindən gələni etdi. Təklif etdiyimiz Hərbi Hava Qüvvələrinin səma nümayişi keçirilmədi, birbaşa Cümhuriyyət gününə bağlı olan üçrəngli bayrağımız küçələrdən asılmadı.
Etikxeber.az xəbər verir ki, bu fikirlər Müsavat Partiyasının başqanı, “İstiqlalçı” deputat Arif Hacılının mətbuata açıqlamasında yer alıb.
“Ciddi bayram tədbirləri təşkil olunmadı…Bu bayram bizim bayramımız, müsavatçıların, cümhuriyyətçilərin, qəlbində vətən sevgisi, azadlıq eşqi olan hər kəsin bayramıdır. 50 milyonluq dünya azərbaycanlılarının ən önəmli bayramıdır. Bir xalq olaraq dövlətimizə, eyni zamanda, dövlətimizin gerçək bayramlarına sahib çıxacağımız günlər də uzaqda deyil. Bayramınız mübarək!”-deyə, açıqlamada sonra qeyd edilib.
Etikxeber.az