“Müsavatçı”nın oğlu dənizdə boğuldu – MƏRHUMUN İKİNCİ ÖVLADI BU YAXINLARDA DÜNYAYA GƏLƏCƏKMİŞ – FOTO

14 iyul 2019-cu il tarixində Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları başa çatıb.

Etikxeber.az xəbər verir ki, bu haqda FHN-nin saytında qeyd olunur.

Bildirilir ki,  İ.Rəsulzadənən meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, İ. Rəsulzadə Müsavat Partiyasının tanınmış üzvlərindən olan Laləzar Rəsulzadənin oğludur.

“Müsavat”-ın funksionerlərindən olan Mustafa Hacıbəyli isə  dünənki statusunda bunları yazıb:

musavat

“…Ailəlikcə Bilgəhə bağa gediblərmiş. Bağdan qohumu ilə birgə dənizə gediblər. Hadisənin şahidləri bildirir ki, İlham boğulan qohumunu xilas etmək üçün dərinə gedib.

Qohumunu xilas edib, amma özü suda batıb. İlhamı isə tapmaq mümkün olmayıb. Dalğıclara müraciət edilib. Amma hava küləkli oldugu üçun axtarış işləri çətinləşib.

Mayda İlhamın 32 yaşı tamam olmuşdu…”.

Onu da qeyd edib ki, bir neçə il əvvəl ailə quran mərhum İ. Rəsulzadənin ilk övladı iki il öncə dünyaya gəlib. Bu yaxınlarda  isə ikinci övladı dünyaya gələcəkmiş.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

“Dünya ölkələri ilə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlıq qururuq” – DEPUTAT İƏİT-İN RƏSMİSİ İLƏ GÖRÜŞDƏ BELƏ DEDİ – FOTO

Read Next

“Cəmiyyəti əhəmiyyətli informasiya ilə təmin etməliyik ki, çaşqınlıq içində qalmasın” – EKSPERT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir