“Müsavat”dan – ETİRAZ

Müsavat Partiyası Azərbaycanda fəaliyyət göstərən diplomatların səs yazısının televiziya kanallarından birində səsləndirilməsinə etirazını bildirib.

Etikxeber.az-ın xəbərinə görə, partiyanın başqanı Arif Hacılı öz “Facebook” səhifəsində qeyd edib ki, bu addımla  hökümət ölkə qanunlarına, beynəlxalq hüquq normalarına, sivil davranış qaydalarına əməl etmək niyyətində olmadığını bir daha göstərdi.

“Kübarlıq görüntüsü yaratmaq məqsədi ilə burada təşkil edilən konsertlər, bahalı qəbullar, idman yarışlarına xərclənən milyardlar da heç oldu. Yenə Azərbaycana ziyan dəydi…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Bilməlidirlər ki, Azərbaycan daha torpaqla bağlı kimsəyə güzəştə getməyəcək…” – POLİTOLOQ

Read Next

YAP-çılar təcili – TOPLAŞDI – 19 OKTYABR AKSİYASI MÜZAKİRƏDƏDİR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir