Müsavatın eks və indiki başqanından-SEÇKİ MESAJI – FOTOLAR

Ölkə üzrə 60 seçki dairəsində seçki kampaniyamız davam edir. Seçicilərlə görüşürük, təşviqat materiallarımız yayılır. Bu plakat da sabahdan 15 saylı seçki dairəsi ərazisində yayılacaq.

Etikxeber.az xəbər verir ki, bunu sabiq millət vəkili, 15 saylı Yasamal I Seçki Dairəsindən deputatlığa namizəd, Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

“Müsavat hüquqi dövlət, demokratik cəmiyyət qurmaq, ərazisi bütöv, firavan Azərbaycan uğrunda mübarizə aparır. Mübarizəmizi xalqımıza sevgi, əqidəmizə sədaqət, uğurlu gələcəyimizə sonsuz inamla davam etdiririk. Harada Müsavat varsa, orada vətən sevgisi var!”-deyə, o, əlavə edib.

“Mən-İsa Qəmbər- 19 saylı Seçki Dairəsində millət vəkilliyinə namizədəm.
1-2 həftə bu mövzuda sizə bilgilər verəcəm. İndilik iki seçki plakatımı təqdim edirəm. Birində partiya şüarımız GƏLƏCƏYİNİ SƏSLƏ DƏYİŞ!
Digərində mənim şüarım SƏNİNLƏYƏM!”

Bunu isə Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri, eks-spiker, Müsavatın sabiq başqanı, “İstiqalal”çı millət vəkili və 7-ci dəfə deputatlığa namizəd İsa Qəmbər deyib.

Qeyd edək ki, A. Hacılı bitərəf millət vəkili və deputatlığa namizəd Ülvi Quliyev və ADP sədri Sərdar Cəlaloğlu, İ. Qəmbər isə millət vəkili və deputalığa namizəd Hikmət Babaoğlu kimi və digər tanınmışlarla mübarizə aparacaq.

İ. Qəmbərlə A.Hacılı bir dəfə, 1990-95-ci illərdə millət vəkili olublar.

Etikxeber.az

Read Previous

Professordan-SEÇİCİLƏRLƏ İZDİHAMLI GÖRÜŞ – FOTOLAR

Read Next

Eldəniz Səlimov-APREL ŞƏHİDİNİN AİLƏSİNƏ BAŞ ÇƏKDİ, “ŞƏHİDLƏR DAİM QƏLBLƏRDƏ YAŞAYACAQ” DEDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir