Müsavatın tələbi və təklifi…

Fevralın 17-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, iclasda əvvəlcə qərarların icrası haqqında partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının məlumatı dinlənilib.

Daha sonra partiya Məclisinin fevralın 15-də keçirilən iclasında qəbul edilən qərarlar haqda məlumat verilib.

Qeyd edilib ki, Məclisdə qəbul edilən bəyanatda Müsavatın seçkidə iştirak barədə qərarının doğru olduğu, partiyanın ölkə üzrə 60 dairədə öz hədəflərini təqribən 3 milyon seçiciyə çatdıra bildiyi əks olunub. Sənəddə seçkilərin saxtaıaşdırıldığı vurğulanıb və nəticələrin ləğv olunması tələb edilib.

İclasda seçki saxtakarlığına qarşı Mərkəzi Seçki Komissiyasının qarşısında keçirilən aksiyalar müzakirə edilib.

Divan fevralın 11-də deputatlığa namizəd Rəbiyyə Məmmədovanın təşəbbüsü ilə başlayan aksiyaya dəstək vermiş Müsavat Partiyasının deputatlığa namizədləri Elman Quliyev, Gülağa Aslanlı, Fərəc Quliyevə və aksiya dağıdılarkən polisin zorakılğı ilə üzləşmiş partiya yetkililəri Mustafa Hacıbəyli və Arzulla Buludluya təşəkkür elan edib.

Divan Müsavat Partiyası, Real, D18 təşkilatı və müstəqil namizədlərin təşəbbüsü ilə fevralın 16-da MSK qarşısında keçirilən aksiyanı Azərbaycanda demokratik mübarizə tarixinin şanlı səhifəsi kimi qiymətləndirib.

Divan bu aksiyanın polis tərəfindən dağıdılmasını, aksiyanın təşkilatçıları və yüzlərlə iştirakçısının saxlanılaraq qanuna zidd olaraq paytaxtdan uzaqlaşdırılmasını ölkədə fundamental insan haqlarının, o cümlədən sərbəst toplaşmaq azadlığının növbəti dəfə pozulması kimi qiymətləndirib, hakimiyyətdən qanunu pozan polis əməkdaşlarının və onlara bu qanunsuz əmri verənlərin cəzalandırılmasını tələb edib.

İclasda seçki pozuntularına qarşı mübarizənin davam etdirilməsinin zəruriliyi qeyd edilib, demokratik düşərgəni birgə fəaliyyətinə nail olmaq üçün təkliflər irəli sürülüb.

Etikxeber.az

Read Previous

Ziyafət Əsgərovun “Dairəsi”ndən olan namizəd-MSK-NIN ÖNÜNDƏ ETİRAZA BAŞLAYIB…

Read Next

“Televiziya rəhbərliyi istəmirsə, biz də orada işləməyi istəmirik…” – ƏLƏŞRƏFQIZI, TELMANQIZI VƏ MİKAYILOĞLU “REAL” TV-DƏN GETDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir