“Müsbət qanunlar qəbul edirik, amma nəticəsini görmürük”-VAHİD ƏHMƏDOV

15 deputat spikerin və ya Əli Hüseynlinin rəhbərliyi altında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi ilə görüş keçirək.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, sosial sahə ilə bağlı müsbət qanunlara cavab ala bilmirlər:.

“Təklifim budur ki, jurnalistlərin iştitakı olmadan parlamentin İqtisadi siyasət, əmək və sosial siyasət komitələrinin deputatları nazirliklə görüşsün. Onların da arqumentlərini dinləyək. Nazirlikdən nazir Sahil Babayevin rəhbərliyi ilə gəlsinlər, görüş keçirək. Burada müsbət qanunlar qəbul edirik, amma nəticəsini görmürük”-deyə, o, əlavə edib.

Spiker Sahibə Qafarova isə belə bir görüşün keçirilməsini istisna etməyib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Sahibə Qafarova “Dünyada ən az kitab oxuyan cəmiyyətik”-deyən Aqil Abbasa-ETİRAZ ETDİ…

Read Next

“Hərbçilərə verilən əlavələr çoxdur…”-KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir