Musiqili Teatrda 5 tamaşa nümayiş olunacaq

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, söhbət oktyabrın 14-ü, 15-i və 16-da tamaşaçılara təqdim olunacaq “Fransızsayağı qarnir”, “Baladadaşın toy hamamı”, “Yağış göbələyinin macərası”, “999-cu gecə” və A.Sadıqovun səhnələşdirdiyi “Yatmış gözəl və cırtdanlar” tamaşalarından gedir. Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorlarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, oktyabrın 14-də “Fransızsayağı qarnir” əsəri böyüklər, oktyabrın 15-də “Yağış göbələyinin macərası” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Həmçinin “Yatmış gözəl və cırtdanlar” əsəri oktyabrın 16-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim ediləcək.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Etikxeber.az

Read Previous

Valyuta ehtiyatlarında qızılın payına görə ölkələrin reytinqi açıqlandı

Read Next

On bankın qorunan əmanətçilərinə 285 milyon manatdan artıq kompensasiya ödənilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir