Musiqili Teatrın aktyorları “11 B – bilik günü”ndə

Azərbaycan Dövlət Musiqili Teatrının aktyorları yeni tammetrajlı bədii filmə çəkilib.

Ertikxeber.az xəbər verir ki, “11 B – bilik günü” adlı filmdə teatrın iki aktyoru – Məhərrəm Qurbanov və Əliməmməd Novruzov rol alıb. Komediya janrında çəkilən ekran əsərində Məhərrəm Qurbanov Lenin obrazını, Əliməmməd Novruzov isə məktəb direktoru obrazını canlandırıb.

Filmdə sevgi, məhəbbət, romantika, mistika, orta məktəb illəri ilə bağlı ən ağlagəlməz situasiyalar, bir-birindən maraqlı, qəh-qəhə dolu hadisələr əks olunub.

Qeyd edək ki, filmin ssenari müəllifi və quruluşçu rejissoru Elnur Axundov, quruluşçu rəssamı Ruhiyyə Məmmədova, operatorları Rəşid Əlyarov, Yusif Cəfərov, bəstəkarı Xəyal Xəzridir. Filmdə Məhərrəm Qurbanov və Əliməmməd Novruzovla yanaşı, Gəncə Dövlət Dram Teatrının tanınmış simaları – Xalq artistləri Alim Məmmədov, Məmmədəli Balayev, aktyorlar Kəmalə Məmmədova, Sevinc Hüseynova, Elnur Mehmanlı, Gəncə məktəblərinin şagirdləri Murad Meyfalıyev, Şəbnur Allahverdili və başqaları çəkiliblər.

Etikxeber.az

Read Previous

Prezident: “Bu, heç də o demək deyil ki, hər şey yolunda olacaq”

Read Next

İlham Əliyev: “İşləmək istəyən özü üçün iş tapa bilər” – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir