Müslüm Maqomayev adına vokal müsabiqəsinin qalibi kim oldu?

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və “ÜNS” Yaradıcılıq Səhnəsinin solisti İlham Nəzərov Vokalçıların Müslüm Maqomayev adına IV Beynəlxalq Müsabiqəsinin qalibi olub.

Etikxeber.az xəbər verir ki, müsabiqədə ikinci yerə də Azərbaycan təmsilçisi – beynəlxalq müsabiqələr laureatı Məhərrəm Hüseynli layiq görülüb. Qran-pri mükafatı isə Rusiya nümayəndəsi Vasilisa Berjanskaya təqdim edilib.

Beynəlxalq müsabiqənin finalı ənənəyə görə Rusiya paytaxtının ən iri konsert salonu olan “Crocus City Hall”da keçirilib.

Münsiflər heyətinin tərkibində SSRİ Xalq Artisti Tamara Sinyavskaya, Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Moskvadakı “Helikon-opera” Musiqili Teatrının bədii rəhbəri Dmitri Bertman, San-Karlo (İtaliya) Opera Teatrının bədii rəhbəri Vinçentso de Vivo və başqa məşhur musiqiçilər yer alıb.

Müsabiqənin laureatları adı uğrunda 12 ölkədən – Azərbaycan, Argentina, Gürcüstan, Misir, İsrail, İtaliya, Qazaxıstan, Çin, Monqolustan, Rusiya, Ukrayna və Xorvatiyadan olan 19 iştirakçı mübarizə aparıb.

Müsabiqənin şərtlərinə görə, Qran-pri mükafatçısına 30, birinci yerin sahibinə 25, ikinci yerin qalibinə 15, üçüncü yerə layiq görülən iştirakçıya isə 10 min dollar məbləğində mükafat veriləcək.

Etikxeber.az

Read Previous

Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarını yerləşdirilməsi üzrə hərraclar keçiriləcək

Read Next

Nazir tapşırıq verdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir