Müslümov: “Məşğulluq mərkəzlərində çalışanların sayı 500 nəfərədək artırılacaq”

“Yerli məşğulluq mərkəzlərində çalışanların sayı 500 nəfərədək artırılacaq”.
Etikxeber.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, əgər ölkə üzrə əvvəllər bu sahədə çalışanların sayı 400 nəfər idisə, Azərbaycan prezidentin müvafiq sərəncamından sonra onların 900-ə çatdırılır. O, deyib ki, hazırda formalaşdırma prosesi yekunlaşmaq üzrədir: “Dövlət Sosial Təminatı Xidməti ləğv edildi və Dövlət Sosial Müdafiə Fonduna birləşdirildi. Buna uyğun olaraq Dövlət Sosial Təminatı Xidmətinin yerli bölmələri də ləğv edildi. Oradan çıxan işçilər həmin məşğulluq mərkəzlərində artırılmış ştatlarla işə qəbul olunurlar və onlarla müqavilələr bağlanılır. Bu proses nəticəsində Dövlət Sosial Təminatı Xidmətinin yerli bölmələrində çalışmış bir nəfər də işçi işsiz qalmır, hamısı məşğulluq mərkəzlərinə verilmiş əlavə 500 nəfər ştatda cəmləşdirilir”.

Etikxeber.az

Read Previous

“Yuğ” Teatrı yeni mövsümə “Naməlum Axundzadə” ilə start verdi

Read Next

Bakı-Ələt-Qazax avtomobil yolunun daha bir hissəsi yenidən qurulub- “Azəravtoyol”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir