“Müstəqillik Günü haqqında” qanun layihəsi-SABAH MM-İN İCLASINDA MÜZAKİRƏYƏ ÇIXARILACAQ…

Sabah, 11 oktyabr tarixində Milli Məclisin (MM) növbəti plenar iclası keçiriləcək.

Etikxeber.az xəbər verir ki, iclasın gündəliyinə qarşıdan gələn 18 oktyabr Müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsinin 30 illiyi ilə bağlı “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi daxildir.

Qanun layihəsinə əsasən 28 mayın Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü elan edilməsi nəzərdə tutulur.

Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi oktyabrın 12-də, 3-cü-sonuncu oxunuşda müzakirəsi isə oktyanrın 15-də olacaq.

Qanun layihəsi bütövlükdə qəbul olunduqdan sonra imzalanması üçün ölkə Prezidentinə göndəriləcək.

Etikxeber.az

Read Previous

Serbiya yığması iki gün sonra millimizlə matça ciddi-İTKİ İLƏ ÇIXACAQ…

Read Next

“Yaxşı, bu, sənin şəhərindirsə, niyə bu gündədir?!”-İlham Əliyev – Prezident Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə – SƏFƏR ETDİ, İCTİMAİYYƏT NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDÜ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir