“Müstəqilliyin qarşılığında verilən “İsgəndər” raketləriylə hədə gəlmək olar, amma…” – DEPUTAT

“Dünən Tərtərin Talış kəndi yaxınlığında işğalçı ordunun daha bir hərbiçisi zərərsizləşdirildi. Beləliklə də bir daha aydın olur ki, Ermənistan havadarlarının verdikləri açıq və gizli dəstəklə status kovunu müəyyən bir vaxta qədər qoyuyub saxlaya bilər, ancaq bununla heç də hərbiçilərinin işğal altındakı torpaqlarda sərbəst gəzib-dolaşmalaırnı təmin edə bilməz, bilməyəcək də”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.

O, qeyd edib ki, müstəqilliyin qarşılığında verilən “İsgəndər” raketləriylə hədə gəlmək olar. Amma bu raketlərlə Azərbaycan torpağına “xidmət”ə göndərilən hərbiçilərin təhlükəsizliyini təmin etmək mümkün deyil.

“Necə ki 20 yaşlı Qurgen Ayvazyanın təhlükəziliyi təmin olunmadı. Növbəti erməni təxribatı nəticəsində baş verən atışmada o, məhv edildi.
Azərbaycan torpaqları bura soxulanlardan hay-hay boşaldılmaldır, boşaldılır da“-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Vitse-admiral dövlətə dəymiş ziyanı ödədi…

Read Next

“Onlar yalnız müvəqqəti əmin-amanlıq xülyası yarada bilir…” – RAMİZ MEHDİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir