Müstəqil İndoneziya və ya geridə qalan-77 İL – FOTOLAR

İndoneziya Müstəqilliyinin 77-ci ildönümünü qeyd edir.

İndoneziyanın Müstəqilliyinin 77-ci ildönümü ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyi  “Bayraq qaldırma mərasimi” keçirib.

Etikxəbər.az  xəbər verir ki, bayraq qaldırma mərasimi bütün indoneziyalılar tərəfindən “İndonesia Raya” dövlət himninin səsləndirilməsinin müşayiəti ilə Səfirliyin əsas meydançasına daxil olan Səfirliyin üç nəfər əməkdaşından ibarət dəstə tərəfindən dəqiq və sinxron şəkildə dövlət bayrağının qaldırılması ilə başlayıb.

İndoneziyanın müstəqilliyinə nail olmaq üçün böyük fədakarlıq göstərmiş və qəhrəman kimi həlak olmuş indoneziyalıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasim xalqın və ölkənin rifahı və tərəqqisi üçün duaların oxunması ilə başa çatıb.

Səfir Hildi Hamid çıxış edərək deyib ki, Müstəqillik Günü – bütün İndoneziyalılar üçün xalqın müxtəlifliyini, birliyini və tolerantlığını qoruyub saxlamağın zəruriliyi barədə xatırlatma kimi qəbul edilməlidir. İndoneziya xalqı üçün böhran dövründə xüsusilə qlobal Covid-19 pandemiyasının ortasında “birliyi” saxlamaq çox vacibdir.

Bu il həmçinin İndoneziya ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 30 illiyi qeyd olunur. Səfir bildirib ki, iki ölkə arasında diplomatik münasibətlər qurulandan bəri əlaqələr qarşılıqlı hörmət, etimad və dostluğa əsaslanaraq xalqlarımızın mənafelərinə uyğun inkişaf edib:

“İki ölkə arasında təkcə ikitərəfli münasibətlər kontekstində deyil, həm də çoxtərəfli platformalarda səmərəli əməkdaşlıq mövcuddur”.

Daha sonra təntənəli mərasim səfir Hildi Hamid və xanımı Diah Permata tərəfindən bayram şənliyi çərçivəsində tort kəsmə mərasimi ilə davam etdirilib. Səfir, həmçinin cari ilin iyul ayının ikinci həftəsindən keçirilən ənənəvi oyunlarin qaliblərinə mükafatlar təqdim edib. Yarışlar kerupuk/kraker yemək yarışı, domino, stolüstü tennis, kəndir çəkmə, çuval yarışı, eləcə də uşaqlar üçün misket oyunu və s. oyunlardan ibarət idi.

İndoneziyanın Müstəqillik bayramı Səfirliyin əməkdaşları tərəfindən angklung, talempong və sape kimi ənənəvi alətlərdən istifadə etməklə ənənəvi musiqi ifası altında bayram əhval-ruhiyyəsi ilə başa çatıb.

Bu tədbirdə ənənəvi zərdəçallı sarı düyü, rendanq, ədviyyatlı toyuq və ənənəvi qəlyanaltılar kimi müxtəlif İndoneziya yeməkləri də təqdim edilib.

Etikxəbər.az

Read Previous

“Qorxmaz Gizir” ləqəbli, 5 medallı, orden Haqqı hələ də tanımayan Elfaq Nağıyev: BU GÜN ŞƏHİDİN ANASI “VƏTƏN NAMİNƏ” TƏŞKİLATININ “ŞƏHİD ANASI” MEDALI İLƏ TƏLTİF OLUNDU…- FOTOLAR – YENİLƏNİB

Read Next

DSX-nın bir qrup hərbi qulluqçusu təltif edildi-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir