Müstəqilliyin bərpasının 25-ci ildönümü münasibətilə ABŞ-da poçt markası buraxılıb.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə ABŞ-ın Los-Anceles şəhərində poçt markası buraxılıb.

Etikxeber.az xəbər verir ki, ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markasının üzərində Azərbaycan bayrağı əks etdirilib və Bakı şəhərinin müasir görünüşü fonunda “Azərbaycan: Müstəqilliyin 25 illiyi (1991-2016)” sözləri qeyd edilib.

Markanın buraxılması Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.

Baş konsulluq markanın ABŞ-da geniş şəkildə yayılmasını planlaşdırır.

Etikxeber.az

 

Read Previous

Əli İnsanov barəsində həbs qərarından apellyasiya şikayəti verilidi

Read Next

Oktyabrın 14-nə olan USD/AZN rəsmi məzənnəsi açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir