Mustafayev İran şirkətlərini Azərbaycana dəvət etdi

Nazir İran şirkətlərini Azərbaycanda yaradılan  sənaye zonalarında yaradılmış əlverişli imkanlardan yararlanmağa dəvət edib.
Etikxeber.az xəbər verir ki, bu təklif iqtisadiyyat naziri Şahin Mustafayevin ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Ərdəbil əyalətinin valisi Məcid Xudabəxşini ilə görüşündə səsləndirilib.
Görüşdə Azərbaycanla İran arasında əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayna nazir bildirdi ki, bu ilin yanvar-avqust aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə artıb, Azərbaycan iqtisadiyyatına maraq göstərən İran şirkətlərinin sayı çoxalıb, enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm və səhiyyə sahələrində əlaqələrimiz uğurla davam etdirilir: “Bununla belə, bu sahələrdə əlaqələrin inkişafı üçün böyük potensial var. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli həlqələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsünün və Azərbaycanda 8,3 km-lik dəmir yolu xəttinin tikintisi, ölkəmizdə İran şirkəti tərəfindən dərman istehsalı zavodunun tikintisi layihəsi üzrə işlər görülür”.
Neftçala Sənaye Zonasında Azərbaycan-İran birgə layihəsi olan avtomobil zavodunun təməlinin qoyulduğunu qeyd edən iqtisadiyyat nazirı İran şirkətlərini, eləcə də Ərdəbil vilayətindən olan iş adamlarını sənaye zonalarında yaradılmış əlverişli imkanlardan yararlanmağa dəvət edib.
Görüşdə İran şirkətlərinin əczaçılıq sahəsi üzrə ixtisaslaşacaq Pirallahı Sənaye Parkının imkanlarından da yararlana biləcəyi diqqətə çatdırılıb.
Etikxeber.az

Read Previous

“Günümüzdə dindən siyasi nifaq salamq üçün istifadə edirlər” – RAFAEL HÜSEYNOV

Read Next

67 cinayət faktından 31-nin üstü “isti izlər”lə açılıb – DİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir