Mütəllibovun xanımı dəfn olundu – YENİLƏNİB – FOTO

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı vəfat edib.

Etikxeber.az-ın xəbərinə görə, Ədilə Mütəllibova bu gün səhər saatlarında 81 yaşında dünyasını dəyişib.

Mərhum bu gün Yasamal qəbiristanlığında oğlunun məzarının yanında dəfn olunacaq.

Vida mərasimi Təzəpir məscidində keçiriləcək.

ayaz-yoldasi

Qeyd edək ki, Ə.Mütəllibova 1938-ci ildə Bakı şəhərində anadan olub, ixtisasca həkim idi.

Onu da qeyd edək ki, bir neçə il öncə isə Mütəllibovların oğlu xərçəng xəstəliyindən dünyasını dəyişmişdi.

***

A. Mütəllibovun bu gün vəfat edən həyat yoldaşı Ə. Mütəllibova dəfn olunub.

Ə. Mütəllibova Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Onu da qeyd edək ki, Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibovanın yas mərasiminin təşkilati məsələlərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Bu barədə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tapşırıq verib.

Həmçinin, Birinci vitse-prezidentin adından vida mərasiminə əklil göndərilib.

mutallibov

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

“Azərbaycan Cənubi Qafqazda Fransanın ən böyük ticarət tərəfdaşıdır- MEHRİBAN ƏLİYEVA – FOTOLAR -YENİLƏNİB

Read Next

“Qarabağ” sifariş ərizəsini UEFA-ya təqdim etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir