“Mütəşəkkil komanda lazımdır” – RAFAEL HÜSEYNOVDAN SENASSİON AÇIQLAMA

Rafael Hüseynov: İlham Əliyevin iş üslubuna uyğun insanların olması gərəkdir

Prezident İlham əliyevin gələcəkdə hansı addımlar atacağı, hansı ideyalar həyata keçirəcəyi və bunları necə gerçəkləşdirəcəyi barədə mülahizələri irəli sürmək üçün, sadəcə, arxaya dönüb baxmaq lazımdır. Onun arxada qalan 15 il ərzində gördüyü işlər, sözü ilə əməli arasındakı vəhdət onu deməyə əsas verir ki, qarşıdakı illərdə də sözlə əməlin birliyini görəcəyik.  İlham Əliyev hansı ideyalar irəli sürürsə və gendən baxanlara, dinləyənlərə onlar nə dərəcədə inanılmaz görünürsə belə, hamısı indiyə kimi gerçəkləşib və bundan sonra da mütləq gerçəkləşəcək.

Etikxeber.az xəbər verir ki, bunu akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov dilə gətirib.

Onun sözlərinə görə, çünki 2003-2004-cü illərdə hakimiyyət yolunu yenicə başlayarkən prezident İlham Əliyev Azərbaycanın sabahı ilə bağlı bir çox fikirlər irəli sürürdü və onlar da əslində o dövrə münasibətdə islahat səciyyəli düşüncələr idi.

2019-iclas

FORR-5

mehriban xanim-4

raf-rafa

Millət vəkili deyib ki, çoxlarına bunların necə gerçəkləşəcəyi və hansı bir zaman içərisində baş tutacağı sual kimi görünə bilirdi və əslində də çox çətin suallar kimi görünürdü.

“Amma arxada qalan illər onu göstərdi ki, qarşıya qoyduğu məqsdələrə doğru addım-addım, qətiyyətlə irəliləyən prezident İlham Əliyev bütün Azərbaycan boyu inkişafı təmin edə bildi və Azərbaycanı istər iqtisadi, istər siyasi, istər mədəni nöqteyi-nəzərdən çox mühüm yüksəliş mərhələsinə gətirib çıxardı.

İndiki halda islahatların daha geniş mərhələdə həyata keçiriləcəyi və bütün sahələri əhatə edəcəyi aydındır. Çünki artıq bunun ilkin təzahürləri də göz önündədir.

Bu baxımdan, güman edirəm ki, İlham Əliyevin qarşıdakı illər üçün nəzərdə tutduğu islahatlar bütün sahələrdə öz uğurlu nəticələrini verəcək.

SENET-ILHAM

SENET-ILHAM-1

Sadəcə, bu islahatların gerçəkləşməsi yolunda mütəşəkkil komanda, yəni, prezident İlham Əliyevin iş üslubuna uyğun insanların olması gərəkdir.

Hər kəs öz sahəsində qarşıya qoyulan vəzifələri özündə yerində yetirmək gücü taparsa, o zaman islahatlar, sadəcə, sözdə islahata yox, gerçəkdə islahata dönə bilər.

Ona görə də bu gün Azərbaycan dövlətçiliyində çalışan hər kəs, ölkənin ən müxtəlif sahələrində Azərbaycanın yüksəlişlərini uman hər bir insan daxilən özünü səfərbər etməlidir.

rafael-real

Cünki ideyaların gerçəkləşməsi bunları reallaşdıran sıra nəfərlərindən asılıdır.

Odur ki, Azərbaycan insanın boyununa bu istiqamətdə çox böyük vəzifələr düşür və bunları etmək lazımdır.

Bunlar hər birimizin gələcəyimiz, Azərbaycanın sabahı deməkdir.

Bunlar da islahatlarsız mümkün deyil.

Azərbaycan dünyanın bir parçasıdır.

Böyük dünya, Avropa, ABŞ, planetin ən irəli getmiş ölkələri də bu inkişaf yolunu-islahatlar yolunu tutublar.

Ona görə biz də bu inkişafdan, bu gəlişmələrdən kənarda qala bilmərik…”-deyə, R. Hüseynov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Bu, xalqlar arasında körpü rolundan, xoş məramından irəli gəlir…” – DEPUTAT

Read Next

İlham Əliyev Putinə başsağlığı verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir