Müttəhim özünə ən ağır cəza verilməsini istədi…

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Etikxeber.az-ın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyiblər.

Aqil İsmayılov günahsız olduğunu deyib.

Digər təqsirləndirilən Abbas Hüseynov isə özünə ən ağır cəza verilməsini istəyib.

İbrahim Xudaverdiyev və Cabbar Cabbarov da günahsız olduqlarını, polisə müqavimət göstərmədiklərini deyiblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş ediblər.

Proses yanvarın 16-da davam etdiriləcək.

Digər təqsirləndirilənlər həmin prosesdə son söz deyəcəklər.

Etikxeber.az

Read Previous

Yeniyetmə və gənc karateçilərimiz Xorvatiya Qran-prisində mükafatlar uğrunda yarışacaq

Read Next

SOCAR-ın vitse-prezidenti istintaqa cəlb olunub?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir