Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Cəlilabada yağan intensiv yağışların törətdiyi fəsadlar nəticəsində dünən axşam müvəqqəti bağlanan Ələt-Astara magistral yolu açılıb.
Etikxeber.az xəbər verir ki, sürücülər bu gün səhər saatlarından magistral yoldan istifadə edirlər.
Qeyd edək ki, intensiv yağışlar nəticəsində Cəlilabad rayonunun Cəfərxanlı kəndindəki gölün səviyyəsi maksimum həddə çatdığından bənd dağılmışdı. Sel sularının məcrasını dəyişmək məqsədilə Ələt-Astara magistral yolu müvəqqəti bağlanmışdı. Sürücülər isə alternativ yoldan istifadə edirdilər.
Etikxeber.az