“Müvafiq qaydalara uyğun telefon və internet xidmətinin göstərilməsi təmin ediləcək…”-NAZİRLİKDƏN ETİKXEBER.AZ-IN YAZISINA RƏSMİ CAVAB

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən 17 aprel 2020-ci il tarixində Etikxeber.az-da gedən “Hacıqabulun-150-dən artıq ailənin hələ də həllini tapmayan-TELEFON VƏ İNTERNET PROBLEMİ… – ŞİKAYƏT-NÖVBƏTİ YAZI” yazısına rəsmi cavab göndərilib.

Etikxeber.az həmin cavabı olduğu kimi, diqqətə çatdırır:

“Sizin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ünvanlanmış telefon və internet çəkilişi barədə 17.04.2021-ci il tarixli müraciətinizə baxılmışdır.

Bildiririk ki, Hacıqabul şəhəri, A. Abdullayev küçəsində telefon və internet xidmətinin təminatı ilə əlaqədar mövcud avadanlıqlarda texniki imkan məhdud olduğundan hazırda müraciətinizin təmin edilməsi təəssüf ki, mümkün deyildir. Qeyd olunan ərazidə telekommunikasiya xidmətlərinin yüksək səviyyədə göstərilməsi üçün müasir növ texniki avadanlıqlar quraşdırılacaqdır.

Texniki avadanlıqlar quraşdırıldıqdan sonra, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Hacıqabul Telekommunikasiya Qovşağı tərəfindən müvafiq qaydalara uyğun telefon və internet xidmətinin göstərilməsi təmin ediləcəkdir. Xahiş edirik nəzərə alasınız”.

Mövzunu diqqətdə saxlayacağıq.

Etikxeber.az

Read Previous

Noyabrın 5-də Şəhid olan, 15 gün sonra nəşi torpağa tapşırılan Şəhidimiz, Nur üzlümüz-İLQAR XƏQANİ OĞLU ƏHMƏDOV – FOTOLAR

Read Next

Təhsil nazirinin keçmiş müşaviri-XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ TƏYİN EDİLDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir