Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu vəziyyəti bəd əməllər üçün yox, xoş məramlar üçün fürsət bilin.İnsanlıq öz tarixində bəlkə də ilk dəfədir ki, eyni vaxtda hamıya, dünyanın hər yerində yaşayan hər kəsə aid olan bəla ilə üzləşib. Hətta 2-ci dünya müharibəsindən xəbərsiz olanlar, bu fəlakətdən kənarda qalan xalqlar, dövlətlər var idi. Koronavirus fəlakəti hər kəsə, hər bir insan övladına aid olan bəlaya çevrildi. İlk dəfədir ki, hər kəs özünə görə yox, yaxınlarına, obasına, kəndinə, şəhərinə, ölkəsinə, bəşəriyyətin gələcəyinə görə məsuliyyət daşıyır.Hər gün minlərlə insanlar, həkimlər, digər tibb işçiləri, görəvini yerinə yetirən hər kəs, yaşlı qadınlar, ağsaqqallar kimlərinsə məsuliyyətsiz, cahil davranışlarının qurbanı olur. Bu, bir oyun deyil. Həs anlamalıdır ki, bəlkə də həyatımızın ən mühüm və məsuliyyətli dövrünü yaşayırıq. Görəvimiz bəşəriyyəti, ölkəmizi, yaxınlarımızı, ailəmizi, özümüzü bu bəladan qorumaqdır.
Etikxeber.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.
O, sonra hakimiyyətə səslənib, Tofiq Yaqublunu, Fuad Əhmədovu, Babək Həsənovu və başqa məhbusları azadlığa buraxmağa çağırıb.
“Digər məhbuslar üçün amnistiya verin. Qara gündə olan insanların yaşayışını təmin etmək üçün dövlət büdcəsinin, milyardların toplandığı fondların ağzını açın. Sərt qərarlar olmasa, itkilərimiz çox olacaq…Aztəminatlı ailələrə sosil yardım edilməsi üçün xüsusi dövlət proqramı hazırlanıb həyata keçirilməli və digər zəruri işlər görülməlidir. …Şanslıyıq ki, koronavirus dalğasının önündə deyilik. Başqa dövlətlərin, xalqların təcrübəsindən istifadə etmək imkanımız var. Öyrənək, yararlanaq!”– deyə, A. Hacılı əlavə edib.


“Dünyanın bütün ölkələri Koronavirusla (Covid-19) mübarizəyə milyardlarla dövlət vəsaiti ayırır. Məsələn, ABŞ illik gəliri 75 min dollardan, yəni, 127 min 500 manatdan az olan, başqa sözlə, bir ayda 10 min 625 min manatdan az qazanan hər bir vətəndaşına aylıq 2500 dollar, yəni 4250 manat maddi yardım ayırıb. Təsəvvür edirsiniz, ayda 10 min manat pul qazanan vətəndaşa dövlət aylıq 4250 manat həcmində maddi dəstək verir! Azərbaycanda rəsmi statistikaya görə əməkqabiliyyətli əhalinin 3 milyon nəfəri işsizdir, hazırda evinə bir qəpik pul gəlmir. Hökumətin öz etirafına görə rəsmi iş yeri olan cəmi 1 milyon 600 min insanın 600 min nəfərdən çoxu minimum əməkhaqqı alır.Beləliklə, hazırda Azərbaycanda ən azı 3 milyon vətəndaşın evinə çörək pulu daxil olmur, ən azı 600 min insan isə 250 manatla sürünmək məcburiyyətindədir. Bu insanlar artıq aclığın astanasındadırlar. Və bu qədər acınacaqlı durumda olan əhaliyə son on ildə təkcə neftdən 150 milyard dollar qazanc əldə edən dövlət bir manat da olsun maddi yardım etməyib!”
Bunu isə sabiq deputat Gültəkin Hacıbəyli deyib.
Onun sözlərinə görə, dünyanın bütün ölkələri koronavirusun tüğyan etdiyi müddətdə əhalinin kommunal xərclərinin, kreditlərinin ödənməsində ciddi güzəştlər etdi.
“Bəzi ölkələr bu öhdəliklərə bir neçə aylıq moratorium tətbiq etdi. Bəzi ölkələrdə isə kommunal xərclərin ödənişini dövlət öz üzərinə götürdü, əhali işıq, su, qaz, rabitə və internet pulundan azad edildi. Azərbaycanda nə kommunal xərclərin, nə kreditlərin, nə telefon və internet məsərflərinin qarşılanması üçün dövlət vətəndaşlara doğru bircə addım da atmayıb, bu istiqamətlərdə əhaliyə heç bir güzəşt edilməyib…Dünya ölkələrinən əksəriyyətindən fərqli olaraq Azərbaycanda tibbi sığorta və hətta ortabab səhiyyə xidməti yoxdur! Bu bəla epidemiya şəklini alsa ölkəmizdə yaşanacaq fəlakəti təsəvvür etmək belə çətindir. Azərbaycanda apteklərdə adi maska yoxdur. Mən, şəxsən ciddi cəhdlərdən sonra apteklərdən spirt ala bilsəm də, maska tapa bilməmişəm. Aprekləri pullu maska ilə təmin edə bilməyən dövlətin virusla mübarizəyə hazırlıq səviyyəsinə qiymət verməyi sizin öhdənizə buraxıram…”-deyə, sabiq deputat sonra bildirib.
Etikxeber.az





