Müxalifət mitinq keçirdi – BŞBPİ MƏLUMAT YAYDI

Bakı Şəhər Baş Polis İdarəsi  (BŞBPİ) martın 31-də paytaxtda keçirilən razılaşdırılmış mitinqlə bağlı məlumat yayıb.

İdarədən Etikxeber.az-a bildiriblər ki, martın 31-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200-dək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Etikxeber.az

Read Previous

HOVUZDA AZƏRBAYCAN DAVASI- Fazil Mustafa yazdı

Read Next

Etmədiyi cinayətə görə 13 il “yatdı”-İNDİ ƏVƏZİNDƏ 2,2 MİLYON DOLLAR TƏZMİNAT ALACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir